SON DƏQİQƏ

Gənc yazar Sevindik Nəsiboğlu yeni nəşr olunmuş kitablarını AMEA-nın mərkəzi elmi kitabxanasına təqdim etdi- FOTOLAR

Tarix:4-04-2024, 15:59

Sevindik Nəsiboğlu saytımıza bununla bağlı məlumat verib:“3 aprel 2024-cü il tarixində növbəti dəfə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında qonaq oldum. “Zəfəri nurlandıran Nurlan” və “Ulu Öndərin işığında” adlı kitablarımdan bir neçə nüsxə  Qarabağ müharibəsi qəhrəmanları fonduna hədiyyə etdim. Həmçinin gələcək işlərimlə bağlı fondun əməkdaşlarına məlumat verdim.  Şəhidlərimizin qəhrəmanlıqlarından danışaraq, onların əziz xatirəsini bir daha yad etdim.
Xoş münasibətə görə Qarabağ Müharibəsi Qəhrəmanları Fondunun rəhbəri, şəhid polkovnik Babək Səmidlinin bacısı Rəqsanə xanım Səfərzadəyə və fondun əməkdaşlarına dərin təşəkkürümü bildirirəm.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Amin.
Məlumat üçün onu da qeyd edim ki, müəllifi olduğum 7 kitabımın hamısı bu fondda oxucuların istifadəsinə verilmişdir. 
VƏTƏNİMLƏ VƏ VƏTƏNİMİN BİZ GƏNCLƏRƏ DƏYƏR VERƏN ZİYALILARI İLƏ FƏXR EDİRƏM!”
Saytımızın adından Sevindik Nəsiboğluna uğurlar arzu edirik.
 
XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ