SON DƏQİQƏ

"Qanun və İcra” proqramı tanınmış hüquqşünas Əkbər Yusifoğlunun təqdimatında - FOTO\VİDEO

Tarix:14-04-2024, 15:21

"Qanun və icra” proqramı hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş olunur. 
Çox saylı tamaşaçıların və oxucuların istəyini nəzərə alaraq 24.02.2024-ci il tarixində efirə gedən "Qanun və İcra” proqramı 13.04.2024-ci ildə təkrar olaraq "Dünya TV"-nin efirində nümayiş olunub.                                                          
Nəzərinizə çatdırırıq ki, 24.02.2024-ci il tarixində efirə gedən "Qanun və İcra” proqramında ən aktual olan mövzular  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi “Böhtan” 148- ci maddəsi “Təhqir”, 148-1 maddəsi ”Saxta profildən istifadə edərək təhqir və böhtan” müzakirə olunaraq təhlil olunub, mövzular ilə  bağlı fikir mübadiləsi, ətraflı təhlil, eləcədə məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparılıb.                              
Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlandı, sonda isə verlişə ünvanlanmış suallar cavablandırıldı. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün proqramımıza ekspertlər dəvət olunmuşdur: 


 
1. Mirzə Xankişiyev- Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil 


2. Püruzə Əliyeva - Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil            
 

3. Günay Hüseynova - Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil  
 

4. Jalə Ağakişiqızı- Hüquq müdafiəçisi 



 
Proqramın informasiya dəstəyi XeberTıme.az, Vetenperverlertv.az,  UluSəs.az,  Gündəlikxəbər.org, ZəfərYolu.az, XezerTv.info və dünyatv.az sayıtlarına məxsusdur.
Sizlərə sayıtımız vasitəsi ilə proqramın tam videosunu təqdim edirik. 



 
Yeganə Telmanqızı 
XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ