SON DƏQİQƏ

Ulu Öndərimizin əziz xatirəsi yad olundu- FOTOLAR

Tarix:8-05-2024, 18:14

7 may 2024-cü ildə Xocavənd rayon Nərimanlı kənd tam orta məktəbində Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Xocavənd rayon Nərimanlı kənd tam orta məktəbinin direktoru Aidə xanım Zülfüqarova və məktəbin  təşkilati məsələlər üzrə direktor müavini Rübabə xanım Hüseynova çıxış etmiş, Ulu Öndərimiz Heydər Əliyevin vətənimizin çiçəklənməsində əvəzsiz xidmətlərindən söz açmışlar.  Tədbir iştirakçıları çıxışlarında Ulu Öndərimizin irsindən, Azərbaycanın bir dövlət kimi inkişafı yolunda xidmətlərindən danışaraq, onun  bu xidmətlərinin  danılmaz olduğunu və Ulu Öndərimizin irsinin hər zaman Azərbaycan xalqı üçün əziz tutulacağını bildirərək bir daha Ulu Öndərimizin xatirəsini yad etmişlər. Həmçinin Ulu Öndərimizin əziz xatirəsinə həsr olunmuş kitablardan stend hazırlanmış, məktəbin 10-cu sinif şagirdi, AJB üzvü Sevindik Nəsiboğlunun “Ulu Öndərin işığında” adlı kitabı nümayiş olunmuşdur. Tədbir məktəbin  istedadlı şagirdlərinin iştirakı ilə keçirilən konsert proqramı ilə sona çatmışdır.
XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ