SON DƏQİQƏ

Əkbər Yusifoğlunun təqdimatında “Qanun və İcra” proqramı

Tarix:10-05-2024, 21:26

“Qanun və İcra” proqramı  hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda “Dünya TV”-nin efirində nümayiş etdiriləcək.    
11.05.2024-ci il tarixində efirə gedən "Qanun və İcra” proqramında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296-299-cu maddələri  “Bilə-bilə yalandan xəbərçilik etmə”  mövzusu ilə bağlı fikir mübadiləsi, məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparılacaq. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin  digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaq. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün proqramımıza ekspertlər dəvət etmişik: 
  
1. Mirzə Xankişiyev - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil

 

2. Səyyad Ələsgərov- Hüquqşünas 
 
 
 

3. Jalə Ağakişiqızı- Hüquq müdafiəçisi 
 

4. Pərvanə Mehmanqızı- Hüquq müdafiəçisi   

Verlişin informasiya dəstəyi  “XeberTıme.az”, “UluSəs.az”, “Gündəlikxəbər.org”, “ZəfərYolu.az”, “XezerTv.info” və “dünyatv.az” sayıtlarına məxsusdur.
 
  
Yeganə Telmanqızı 
XeberTıme.az 



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ