SON DƏQİQƏ

Əkbər Yusifoğlunun təqdimatında “Qanun və İcra” proqramı

Tarix:22-05-2024, 23:52

“Qanun və İcra” proqramı  hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda “Dünya TV”-nin efirində nümayiş etdiriləcək.    
25.05.2024-ci il tarixində efirə gedən "Qanun və İcra” proqramında “Vətəndaşın ölkədən getmək və gəlmək hüququnun məhdudlaşması” mövzusu, İcra haqqında qanunun  84.1 maddəsi,  Konstitusiyanın 28-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələri ilə bağlı fikir mübadiləsi, məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparılacaq. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin  digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaq. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün proqramımıza ekspertlər dəvət etmişik: 

1. Mirzə Xankişiyev - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil

 

2. Pərvanə Abbasova- Hüquqşünas.
 
 
  

3. Nigar Nizam – Hüquqşünas
 


4. Esmira Rzayeva- Hüquqşünas

Verlişin informasiya dəstəyi  “XeberTıme.az”, “UluSəs.az”, “Gündəlikxəbər.org”, “ZəfərYolu.az”, “XezerTv.info” və “dünyatv.az” sayıtlarına məxsusdur.
 
 
Yeganə Telmanqızı 
 XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ