Sumqayıt şəhər 34 saylı tam orta məktəbin 9 D sinif şagirdləri 30 ildən sonra görüşdülər.
Görüşdə artıq ana-ata, nənə-baba adını daşıyan köhnə məzunlar sevinclə bir-birinin əlini sıxır, doğmalar kimi qucaqlaşır, kövrəlirdilər. Bəzən insan, məktəb illəri haqda düşünür və xəyallara dalır. Adam heç inana bilmir ki, neçə illərdir bir yerdə dərs oxuyan və dostluq edən şagirdlər, məktəbi bitirdikdən sonra hərə bir yerə dağılışacaq. İllər onları bir-birindən ayıracaq. Bəli insan həyatında elə günlər olur ki, ömür boyu unudulmur. Həyatda elə xatirələr var ki, illər keçsə də o xatirələrdən içində yaşadığımız günlər – uşaqlıq... məktəb... gənclik illəri..
Görüş Sumqayıt şəhər Şəhidlər Xiyabanından başlandı. 9 D sinifinin iki şagirdi Natiq Quliyevin övladı Namiq Quliyev və Rima Əliyevanın övladı Elton Əliyev Vətən müharibəsində şücaətliklə vuruşub şəhadətə ucalmışdılar. Şəhidlərimizin məzarları ziyarət olundu, məzarları üstünə tər güllər düzüldü, ruhlarına dualar oxundu.
Sonra keçmiş məzunlar Sumqayıt şəhərində fəaliyyət göstərən “Dəniz” ailəvi məkanında masa arxanda görüşü davam etdiridilər.
Sinifin ən sakit, fəal şagirdi Sumqayıt “Azərişıq” Açıq Səhimdar Cəmiyyətinin əməkdaşı Natiq Quliyevin təşkilatçılığı ilə orta məktəbi bitirmiş sinif yoldaşları bir araya gəldilər. Görüşdə ayrı-ayrılıqda Rima, Vüsalə, Natiq, Hicran, İlqar, Səbinə, Elşən, Ramin, Elnur hərə yadında qalan xatirəsini danışırdı. Bu xatirələr, maraqlı və məzəli söhbətlər hər birini keçmişə qayğısız uşaqlıq illərinə aparırdı.
Vüsalə Fərəcovanın dedikləri:
- Uşaqlığımızın ən çılğın, ən qayğısız vaxtları məktəb illərində olub. Xatırlana biləcək günlərdən biri də “Son zəng” günümüz idi. Hər dəfə məktəbdən söz düşəndə, məktəbi görəndə ürəyimiz sızıldayır, qəlbimizin dərinliklərindən “kaş o günlərə dönə biləydik” arzusu keçir.
Natiq Quliyevin dedikləri:
- Şanlı Ordumuzun Böyük Qələbəsi və Azərbaycan tarixinə əbədi həkk olunan 44 günlük Vətən Müharibəsində adını qızıl hərflərlə tarixə yazdıran Namiq Quliyevin atasıyam. Bəli uşaqlarımız evdə tərbiyəni valdeynlərindən, məktəbdə müəllimlərindən alır. Bir valdeyn kimi qürurluyam Namiq Quliyev kimi övlad böyütmüşəm. Vətən sağ olsun!
Bu gün sinif yoldaşlarımızla görüşümüz gözəl bir günə təsadüf edir. Düz 30 il əvvəl mayın 25-də son zəng günü bir arada idik. Hamımız sevinirdik, deyib, gülürdük. Qayğısız uşaqlıq illəri. İndi hər birimiz ailə sahibiyik, hərəmiz bir sahadə çalışırıq. Məktəb illəri əvəssiz illərdi, bizim 9 D sinifimizin şagirdləri dəcəlliyi ilə o biri siniflərdən fərqlənirdilər.
Ramin Rəhimovun dedikləri:
- 30 il keçməsinə baxmayaraq məktəb illərini sevinclə, qürur hissi ilə xatırlayırıq. Uşaqlıqdan qocalığa qədər hər birimizin təfəkküründə saf, təmiz, qayğıkeş, mehriban bir qəhrəmana çevrilərək bütün həyatımız boyu əməllərimizdə yanımızda olan müəllimlərimizədə təşəkkürümüzü bildiririk. Dünyasını dəyişən müəllimlərimizə Allahdan rəhmət, sağ olan müəllimlərimizə can sağlığı arzulayıram.
Elnur Kərimovun dedikləri:
-İllər sonra anlayacağımız öyüd və nəsihətləri yaddaşımıza həkk olunub. Onlar bizim üçün həqiqət carçısı, qəlb dostumuzdur. Hər birimizin layiqli bir vətəndaş kimi yetişməyimizdə müəllimlərimizin əvəzsiz xidməti olub. Məktəbdə bizə təkcə oxumaq yox, həm də bizə yaşamağı, yaratmağı, Vətəni sevməyi də öyrədirdilər. Bu gün burada iştirak edə bilməyən sinif yoldaşlarımızın özləri burda olmasalarda ürəyi burdadır.
İlqar Hacıbalayevin dedikləri:
- Məktəb xatirələrimizdən biri ilk dəfə əlimizə çanta alıb birinci sinifə getdiyimiz gün və sonra orta məktəbi bitirdiyimiz il. İlk və son günlər…
Həqiqətən də 30 il əvvəl orta məktəbdə bir sinifdə oxumuş məzunları bir araya yığmaq özü həm qoçaqlıqdır, həm də dosta sədaqətin bariz nümunəsidir. Natiqə təşəkkür edirik bu günki görüşümüzü təşkil etdi. Xarici ölkələrdə, Azərbaycanın digər bölgələrində yaşayan, üzürlü səbəbdən görüşə gələ bilməyən ürəkləri bizimlə döyünən dostlarımızada öz salamlarımızı çatdırırıq.
Rima Əliyevanın dedikləri:
- Müharibədə qələbəmiz, zəfərimiz bizə o qədər qürur verdi ki, daha kiminsə gözlərinə baxanda utanmırıq. Oğlum Elton Əliyev Vətən müharibəsi başlayanda həqiqi hərbi xidmətdə idi. Övladım yaşca balaca olsada böyük qələbənin sakini oldu, şəhidlik zirvəsinə ucaldı. Biz şagird olarkən bizə yazılan alın yazımızdan xəbərsiz oluruq. Şagird olarkən nə zamansa heç ağlıma gəlməzdi ki, qəhrəman anası olacam. Allah şəhidlərimizin məqamın uca eləsin, qazilərimizədə can sağlığı versin!
Bu gün sinif yoldaşlarımızla bir araya yığışdıq, qayğısız uşaqlıq illərini xatırladıq, o illərin şirin günlərini yada saldıq. Bizi bir araya toplayan, əməyi zəhməti olan hər kəsə təşəkkür edirəm.
Səbinə Məmmədovanın dedikləri:
- Sinifin yaxşı oxuyan, aktiv şagirdlərindən biri idim. Sinif yoldaşlarımız bizim unudulmayan dostlarımızdır. Şükür sinifimizdə oxuyan 29 şagirdin hamısı yaşayır, ev-eşik, övlad, ailə sahibidir. Bu gün gözəl günlərdən biridir, yığışmışıq bir araya, keçmişləri, sinifdə olan şirin xatirələri xatırlayırıq. Ürəyi bizimlə olub, özü burda olmayanlarla canlı telefon bağlantıları yaratdıq. Həyat qəribədir, eyni üz, eyni simalar. Baxmayaraq ki, saç-saqqalı ağarıb, hamının gözləri, baxışları uşaqlığımızı xatırladır. Allah hər birimizin ailəsinə sağlam həyat, xoşbəxt günlər nəsib etsin.
Hicran Qəribovanın dedikləri:
- Dəvət üçün hər kəsə təşəkkürünü bildirirəm. Nə gözəl, xoş xatirələri xatırladan bir gün yaşadıq. Həm kövrəldik, həm sevindik, həm o illərin xatirəsini xatırlayaraq yaşadıq.
Özümü çox xoşbəxt hesab edirəm, fəxr edirəm ki, belə gözəl, səmimi bir sinifin şagirdləri ilə təhsil almışam. Düzdü bütün siniflərdə olduğu kimi bizimdə sinifdədə dərs əlaçıları, yaxşı və pis oxuyan uşaqlar olub. Biz həmişə mehriban, sözümüz bir olan sinif olmuşuq.
Elşən Balakişiyevin dedikləri:
- Hər birimizin yaddaşında kök salan, özündə acılı–şirinli xatirələri qucaqlayan o illərin ilk başlanğıc tarixi bəli düz 30 il əvvəl may ayının 25... hər birimiz sevinirdik, artıq müstəqil həyata qədəm qoyduğumuz gün... Sinif yoldaşları insan həyatının ən sadiq dostlarıdır, bu dostlarla illərlə bir yerdə böyüyürsən, sevinirsən, gülürsən, sirlərini bölüşürsən. Bu gün biz yenə bir yerdəyik, mehribanıq bu dünyalara dəyər. İnşallah hər birimizin ailəsinə xoş günlər nəsib olsun bizdə dayı kimi, əmi kimi iştirak edək.
Rima xanım görüşdə iştirak edən hər kəsə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Elton Əliyevin və Namiq Quliyevin rəsmlərindən ibarət təqvimi hədiyyə olaraq təqdim etdi.
Hər bir görüş iştirakçısı bu görüşdən məmnun qaldıqlarını bildirdilər. Daha sonra məşhur "Məktəb illəri" mahnısının sədaları altında düzülərək 9 D sinifində oxumuş şagirdlərin adlarını əks etdirən tortu kəsdilər, xatirə şəkli çəkdirdilər.
Görüş unudulmayan xatirələr, məzəli əhvalatlarla çay süfrəsi arxasında davam etdi.
Yeganə Telmanqızı
XeberTıme.az