“Qanun və İcra” proqramı hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda “Dünya TV”-nin efirində nümayiş etdiriləcək.
01.06.2024-ci il tarixində efirə gedən "Qanun və İcra” proqramında Yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə olan cinayətlər Azərbaycan Respublikası Ailə Məcələsinin 170-cimaddəsini əhatə edən “Yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə” mövzusunu əhatə edən, maddi hüquq normaları ətrafında eləcədə, məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparılacaq. 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü uşaq hüquqlarının müdafiəsi haqqında diskusyalar aparılacaq.
Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaq. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün proqramımıza ekspertlər dəvət etmişik:
1. Mirzə Xankişiyev- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil
2. Püruzə Əliyeva - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil
3. Çinarə Namazova- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil
4. Pərvanə Abbasova- Hüquq müdafiəçisi
Verlişin informasiya dəstəyi “XeberTıme.az”, “UluSəs.az”, “Gündəlikxəbər.org”, “ZəfərYolu.az”, “XezerTv.info” və “dünyatv.az” sayıtlarına məxsusdur.
Yeganə Telmanqızı
XeberTıme.az