SON DƏQİQƏ

ZƏFƏRİ NURLANDIRAN NURLAN- FOTO

Tarix:4-06-2024, 22:00

31 may 2024-cü il tarixində  Şuşa rayon 24 nömrəli ümumi orta məktəbin Uşaq Birlik Təşkilatı rəhbəri Ramella Quliyeva tərəfindən 44 günlük Vətən müharibəsi zamanı Füzuli şəhərinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qanı, canı ilə tarix yazmış, Azərbaycan Silahlı Qüvvələrinin leytenantı əslən Şuşa şəhərindən olan Həsənov Nurlan Nadir oğlunun əziz xatirəsinə həsr olunmuş tədbir keçirildi.Tədbirdə şəhid Nurlan Həsənovun atası Nadir Həsənov, anası Həqiqət xanım, bacısı Gülnar xanım, şəhidimizin həyat yoldaşı, övladları Nurgül və  Məhəmməd  iştirak etmişdir.
Tədbirdə Qəbələ şəhərindən olan şəhidlərimizin anaları, ataları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Arzu xanım Əliyeva, Qəbələ Şəhər Şəhid Ailələri Cəmiyyətinin sədri Təranə Alməmmədova, məktəbin müəllim və şagird kollektivi iştirak edirdilər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Şəhid  leytenant Nurlan Nadir oğlu  Həsənovun keçdiyi döyüş yolundan, göstərdiyi şücaətlərdən tədbir iştirakçılarına dolğun məlumat verildi. Çıxışlardan sonra  Şəhidlərimizə  həsr olunmuş şeirlər, musiqilər və qısa səhnəciklər şagirdlərin ifasında təqdim olundu. Tədbirdə təqdim olunan  bir çox şeirlər və  kompozisiyaların hazırlanmasında Azərbaycan Jurnalistlər Birliyinin üzvü, məktəbli  şair-publisist Sevindik Nəsiboğlunun  Şəhid Nurlan Həsənovun əziz xatirəsinə həsr etdiyi “Zəfəri nurlandıran Nurlan” adlı kitabından istifadə olunmuşdur. “Nurgülün atasına məktubu” kompozisiyası  tədbir iştirakçılarına kövrək anlar yaşatmışdır.
Tədbir iştirakçılarına gənc yazar Sevindik Nəsiboğlunun şəhidimizin haqqında yazdığı məqalələrinin  “Kredo” qəzetində dərc olunmuş nüsxələri və “Zəfəri nurlandıran Nurlan” adlı kitabı hədiyyə olunmuşdur. Gənc yazar Sevindik Nəsiboğlunun üzrlü səbəbdən tədbirdə iştirak etmədiyi qeyd olunmuşdur.
Həmçinin tədbirdə şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş Xarıbülbül rəqsi  tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.
Şəhidimizin ailə üzvləri tədbiri təşkil edənlərə və şəxsən məktəbin Uşaq Birlik Təşkilatı rəhbəri Ramella xanım Quliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.  


XeberTıme.az     

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ