SON DƏQİQƏ

Türkiyənin iş adamları Gəncəyə səfər edib- FOTOLAR

Tarix:12-06-2024, 13:12

Türkiyənin bir sıra iş adamları  və ziyalıları zəngin tarix yaşayan  Azərbaycanın dilbər  guşələrindən biri olan Gəncəyə və Göygölə səfər ediblər.  
Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin təşkilatcılığı ilə  Türkiyədən gələn qonaqlar Gəncəyə və Göygölə səfər etdilər. Gəncədə Azərbaycan Xalq Cumhuriyyət muzeyi ilə tanış oldular. Azərbaycan Xalq Cümhuriyyət muzeyinin direkroru Şəhla Məmmədova və Azərbaycan Dövlət Aqrar Universitetinin tarix kafedrasının professoru, tarixçi Azad Bayramov Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi haqqında, Cümhuriyyətin yaranmasında fəaliyyət olan liderlərin keçdikləri həyat yolu haqqında geniş məlumutlar verdilər.


 
Qonaqlar Azərbaycan Xalq Cümhuriyyətin yerləşdiyi ilk binanın ziyarət etdilər. 

Sonra qonaqlar “Göygöl” Milli Parkında ekskursiya etdilər. Göygöldə Azərbaycan Respublikasının Mərkəzi Hərbi  Hospitalının təqaütdə olan həkimi, mama-ginekoloq Nərminə xanım və onun oğlu kapitan Fərhad Səlimov qonaqları çay masasına dəvət etdilər və hər birini Göygöldə, Gəncədə görməklərindən məmnun olduqlarını bildirdilər.  
Türkiyəli qonaqlar Azərbaycana gəlməklərlərindən məmnun oldular. Azərbaycanın yüksək qonaqpərvərliyindən, mədəniyyətindən sevə-sevə danışdılar. Azərbaycanı və   Azərbaycanın nazlı incisi olan Göygölu çox bəyəndilər. Tarıxçi-professor Azad müəllim Gəncənin tarixi coğrafyasından, tarixə aid  maraqlı faktlardan danışdı və qonaqlara maraqlı məlumatlar verdi.  Səfərdə məmnun olan türkiyəli iş adamlıları, ziyalılar Esen Göktan  Bir dileğim var derneği.81 yaş ında, Zeynep Göktan, Bir dileğim var derneği Muhsin Ünal Gezgin, araştırmacı Faik Kurtulan, Cumhuriyetçi Birlik Platformu başkanı, Zerrin Kurtulan Bankacı, Zülfiye Güneş Azerbaycan Kültür Evi istanbul, Ece Atasever Kafkassam temsilçisi, Türkiyənin bir sıra iş adamları Doç. Dr. Tuğrul Kihtir Plastik Cerrah, Tarih Araştırmacısı, Yazar, Zafer Partisi Genel Başkan Başdanışmanı, İbrahim özçelik,Uluslararası Turan devletleri teşkilatı derneği ve Kadıköy Azerbaycan derneği yönetimi onlara yaradılan yüksək səviyyədə gəzinti üçün Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Rada Abbasa və tarixçi-araşdırmaçı, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin Türkiyə təmşilçisi, pedaqoq Zülfiyyə Günəşə öz dərin təşəkkürlərini bildirdilər.  

  
Yeganə Telmanqızı 
 XeberTıme.az
  

 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ