Uşaqların sevinci dünyanın sevincidir
09.06.2024-ci il tarixində “Ümid” Xeyriyyə Çəmiyyətinin, Sufle cake hausun və Era, Payt yuyucu vasitələrinin təşkilatçılığı ilə Sumqayıtda fiziki məhdudyyətli uşaqlar ziyarət olundu.
11 ailənin 12 fiziki məhdudyyətli uşağına uşaq bezləri, müxtəlif çeşidli yuyucu vasitələr, şirniyyatlar, şirələr, quru və nəm salfetlər, yoqurtlar təqdim olundu.
“Ümid” Xeyriyyə Çəmiyyətinin rəhbəri Raya xanım həyata keçirilən kompanya baradə XeberTıme.az-a danışdı:
- Kim nə qədər ömür yaşayırsa yaşasın, bu dünyada bizə qalan əməllərimizdir. Bu gün ziyarət etdiyimiz övladlar fiziki məhdudyyətli uşaqlardı. Onlara uşaq, təmizlik bezləri eləcədə yuyucu vasitələri daha çox lazımdır. Bu uşaqların anaları həqiqətəndə böyük analardı. Onların gündəlik qayğısını çəkmək çox çətindir. Yeganə xanım sizə, bu kompanyada könüllü xidmət edən sürüçümüz Namidar Məmmədova və onun ömür-gün yoldaşı Lalə xanıma öz təşəkkürümü bildirirəm. Aztəminatlı ailələrimizi heç vaxt unutmayan Era-Payt yuyucu vasitələri və Sufle şirniyyat evi, sevimli, xeyriyyəçi dostlarımızın dəstəyi ilə, fiziki məhdudyyətli uşaqların ailəsinə uşaq, böyük bezləri, quru-nəm salfetkalar, şirniyyatlar, yuyucu vasitələri, şirələr, yoqurt və s. təqdim etdik. Allah qəbul eləsin!
Bizdə “XeberTıme.az” Analitik İnformasiya Portalı olaraq əziz xeyriyyəçi, hər zaman yanımızda olan dostlarımız ERA yuyucu vasitələrinin rəhbərliyinə xüsusi ilə Rövşən müəllimə, Cəlil müəllimə, təşəkkürlər, SUFLE cake hause xüsusi ilə Nərminə xanıma, Murad müəllimə, Günay xanıma öz dərin təşəkkürlərimizi bildiririk. Yaxşıki bizim yanımızdasız. Bu kompanyada neçə-neçə ailələri, uşaqları sevindirdiz. Allah qazancınızı bol etsin.
Yeganə Telmanqızı
XeberTıme.az