Tanınmış hüquqşünas, Mediator Esmira Rzayeva Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü seçildi.
21.06.2024-ci il tarixində vəkilliyə namizədlərin təntənəli and incmə mərasimi keçirilmiş, uğurla imtahanlardan keçən vəkilliyə namizədlər Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə and içmiş, onlara vəsiqələr təqdim edilmişdir. Onların sırasında dəyərli ziyalımız Esmira Rzayevada var idi. Xatırladaq ki, Esmira Rzayeva ADPU-nun tarix fakültəsini və ABU-nun hüquq fakültəsini bitirmişdir. Hal-hazırda Bakı şəhər Xalid Quliyev adına 62 saylı məktəb-liseydə tarix muəllimə kimi çalışır. “Advocate Alliance Huquq Sirkəti” MMC-nin direktorudur və bir sıra televizya verlişlərinin hüquq ekspertidir. Ailəlidir, 2 övladı var.
Əzizimiz Esmira xanım sizi “Çıxış Yolu” sosial lahiyyəsinin təsisçisi, tanınmış telejurnalist “Yaxşı deyək, Yaxşı eşidək” verlişinin aparıcısı Nuranə Gülər başda olmaqla bütün “Çıxış Yolu” ailəsi adından, “Qanun və İcra” proqramının aparıçısı, tanlnmış hüquqşünas Əkbər Yusifoğlunun adından ürəkdən təbrik edirik və sizə məsul iş fəaliyyətinizdə bol-bol uğurlar arzulayırıq. Təbriklərə qoşulur “XeberTıme.az” Analitik İnformasiya Portalı, “Vetenperverlertv.az” İnformasiya Portalı.
Yeganə Telmanqızı
XeberTıme.az