SON DƏQİQƏ

"Canım Azərbaycanım" adlı tədbir keçirildi- FOTOLAR

Tarix:27-06-2024, 22:55

26 iyun 2024-ci il tarixində Silahlı Qüvvələr Günü münasibətilə Milli Azərbaycan  Tarixi Muzeyində  Sübhnur Tədris Mərkəzinin təşkilatçılığı ilə "Canım Azərbaycanım" adlı tədbir keçirildi.   
Tədbir  Milli Azərbaycan Tarixi Muzeyinin  baş mütəxəssisi Aynur Babayevanın çıxışı ilə başlandı. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 
Muzeyin əməkdaşı Aynur Babayeva Silahlı Qüvvələr günün yaranması tarixinə aid ümumi məlumatlar verdi. Tədbirdə çıxış edən muzeyin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümov Milli Azərbaycan Tarixi Muzeyində şəhid və qazilərimizə aid şəxsi əşyaların qorunması və həmin fondun fəaliyyəti barədə məruzə etdi.  Sübhnur Tədris Mərkəzinin direktoru Gülnarə Hüseynova torpaqlarımızın azad olunmasında şəhidlərimizin  göstərdiyi qəhrəmanlıqlardan  bəhs etdi. Tədbirdə həmçinin, 
Azərbaycan Mədəniyyət işçisi, şairə, tarix üzrə fəlsəfə doktoru İradə Əlili , Birinci Qarabağ müharibəsi iştirakçısı, qazi Rüxsarə  Cumayeva, Şəhid Ailələrinin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin əməkdaşları,Vətən Müharibəsi qaziləri Ramin Şirinov, Füzuli Hüseynov, Eldəniz Muradov, Kənan Quliyev və Səbuhi Əliyevin çıxışları dinlənildi. Çıxış edən müharibə iştirakçıları döyüş yolları barədə məlumat verdilər. 
Tədbirdə  Sübhnur Tədris  Mərkəzinin istedadlı şagirdlərinin bədii kompozisiyası çərçivəsində  vətənpərvərlik mövzusunda şeirlər səsləndirib mahnılar ifa etməklə yanaşı milli rəqs  nömrələri ilə çıxışlar etdilər. Tədbirdə,  gənc muğam ifaçıları Mələk Məmmədova və  Mirsahil Məmmədlinin də ifaları dinlənildi. Sonda bütün iştirakçılara Sübhnur Tədris Mərkəzinin təşəkkürnaməsi təqdim olundu və xatirə şəkli çəkildi. 
 
XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ