“Qanun və İcra” proqramı hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda “Dünya TV”-nin efirində nümayiş etdiriləcək.
29.06.2024-ci il tarixində efirə gedən "Qanun və İcra” proqramında Azərbaycan Respublikası Cinayət Məcələsinin 178-ci maddəsini əhatə edən “Dələduzluq cinayətləri” mövzusunu əhatə edən, maddi hüquq normaları ətrafında eləcədə, məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparılacaq.
Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaq. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün proqramımıza ekspertlər dəvət etmişik:
1.Gülnar İbrahimqızı - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil
2. Günay Hüseynova- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil
3. Ruslan Mustafazadə - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil
4. Fərid Məmmədzadə - Hüquqşünas
Verlişin informasiya dəstəyi “XeberTıme.az”, “UluSəs.az”, “Gündəlikxəbər.org”, “ZəfərYolu.az”, “XezerTv.info” və “dünyatv.az” sayıtlarına məxsusdur.
Yeganə Telmanqızı
XeberTıme.az