Bu gün Xebertime.az sayıtının ən gənc müxbiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, sayca 7 kitab müəllifi, saysız-hesabsız Fəxri Fərmanlara, Fəxri Diplomlara layiq görülən fəxrimiz, gənc yazar Sevindik Nəsiboğlunun doğum günüdür.
Sevindik Nəsiboğlu Əliyev Sevindik Nəsib oğlu) 26 iyul 2008-ci ildə İmişli şəhərində ziyalı ailəsində anadan olmuşdur. Hazırda Xocavənrd rayon Nərimanlı kənd tam orta məktəbinin 11-ci sinif şagirdi, dərs əlaçısıdır.
Onun şeirləri hələ 2015-ci ildən müxtəlif qəzet və jurnallarda dərc olunmuş, milli radio və televiziyanın, eləcə də digər televiziya kanallarının efirində yayımlanan verilişlərdə dəfələrlə səsləndirilmişdir. Sevindik ictimai fəallığına görə “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin “Gənc istedad” (2017), “Afia.az” İnformasiya Agentliyinin “Ən yaxşı yazar”və “İlin şagirdi”, eləcə də “Azərbaycan XXI əsrə istedadlarla” layihəsi çərçivəsində “Gənc istedad” diplomlarına, “Zirvə” İnformasiya Mərkəzinin “ZİRVƏ” mükafatına layiq görülmüşdür.
Sevindik Nəsiboğlu 7 kitab müəllifidir.
Kitabları:
“Dünyamsan Azərbaycan”, “Hərdən uçmaq istəyirəm”, “Ulu Naxçıvanım”, “Könüllərə yol gəzirəm”, “Möhtəşəm Zəfərin nişanəsi”, “Zəfəri nurlandıran Nurlan”, “Ulu Öndərin işığında”, “Dirçələn Xarıbülbül”
Saysız hesabsız seirlərin, poemaların, publisistik məqalələrin, məqalə-şeirlərin, Vətənin azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman Azərbaycan oğulları haqqında müəllif tərəfindən yaradılmış Vikipediya səhifələri təşkil etmişdir. Şəhidlər, qazilər və müharibə iştirakçıları haqqında eləcədə azad olunmuş torpaqlarımızdan bəhs edən vətənpərvərlik yazıları var. Sevindik Nəsiboğlunun kitablarının Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında, Azərbaycan Milli Kitabxanasında, Naxçıvan Dövlət Universitetində, Yasamal rayon Heydər Əliyev Mərkəzində, Şuşa Dövlət Musiqili Dram Teatrında, Xocavənd rayon Mədəniyyət Evində və başqa dövlət qurumlarında təqdimat keçirilmişdir.
Müəllifi olduğu kitabların pdf və onlayn oxuma variantı Azərbaycan Milli Kitabxanasının Elektron Kataloqunda yer almışdır.
“İstedadları Tanıyaq və Tanıdaq” İB-in və "Zəfər Yolu" Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək İctimai Birliyinin Fəxri üzvüdür. “Zirvə” İnformasiya Mərkəzinin redaksiya heyyətinin üzvüdür.
Sevindik Nəsiboğlu 2021-ci ilin iyun ayından Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 2023-cü ildən Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB-in Gənclər təşkilatının sədr müavinidir. 2024-cü ildən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin Regional nümayəndəliyinin Xocavənd rayonu üzrə nümayəndəsidir.
Sevindik Əliyevin ədəbi-bədii yazıları redaksiya heyətinin üzvü və ən gənc ictimai müxbiri olduğu “Kredo” qəzetində çoxsaylı məqalələri, araşdırmaları və şeirləri mütəmadi dərc olunmuş, “Afia.az”, “XeberTime.az”, “Versus.az” və digər xəbər saytları vasitəsi ilə yayımlanmışdır. Gənc yazar eyni zamanda “Kredo” qəzetinin, “XeberTime.az”, “Afia.az”, “Versus.az” və digər xəbər saytlarının ictimai müxbiridir.
Müəllifdən: Sevindik Nəsiboğlu ilə ilk tanışlığımız 2019-cı ildə Lider televizyasında yayımlanan “Çıxış Yolu” sosial televiziya lahiyyəsində başlandı. Qonaq olduğumuz televizya verlişində gənc yazıçının yaradıcılığı ilə tanış oldum, 4 kitab müəllifi olan 11 yaşlı istedadlı oğlanın seirləri, publisist yazıları, poemaları məni valeh etdi. Canlı efirdə söz verdim ki, hər zaman sənin yazılarını, kitablarının təqdimat gecələrini çalışdığım sayıtda və qəzetdə işıqlandırmağa hazıram Bəli bu gün Sevindik Nəsiboğlu rəhbəri olduğum “XeberTıme.az” Analitik İnformasiya Portalının ən gənc müxbiridir, əməkdaşlığımıza şadam.
Bizdə “XeberTıme.az” Analitik İnformasiya Portalı olaraq sayıtımızın bütün əməkdaşları adından gənc qələm dostumuza möhkəm can sağlığı, yaradıcılıq uğurları, qarşıdan gələn illərin dahada gözəl olmağını arzulayırıq.


XeberTıme.az