Raya Məlikova- Biz hər zaman şəhid ailələrinin və qazilərin yanındayıq!
11.08.2024-ci il tarixində “Ümid Xeyriyyə Cəmiyyəti” ənənəsinə sadiq qalaraq şəhidlərin və imamlarımızın adına ehsan süfrəsi verdi. Ehsan süfrəsində şəhid ailə üzvüləri, Qarabağ qaziləri, media nümayəndələri, aztəminatlı ailələr və fiziki məhdudyyətli uşaqlar, valdeynlər iştirak etdilər. Şəhidlərin ailə üzvüləri şəhid oğullarımızın keçdiyi şərəfli həyat yolu haqqında danışdılar, və onların əziz xatirələri ehtiramla yad olundu.
“Ümid Xeyriyyə Cəmiyyəti”-nin rəhbəri Raya xanım XeberTıme.az-a danışdı:
- Qalibiyyət tariximizin əvəzolunmaz səhifəsini yazan şəhidlərimizi xatirlamaq, onların adlarına güçümüz çatdığı qədər ehsan süfrəsi vermək və xatirələrini əziz tutaraq tədbirlər təşkil etmək, şəhidləri unutmamaq hər birimizin vətəndaşlıq borcudur. Bu gün burada şəhid ailə üzvüləri, qazilər, media nümayəndələri, aztəminatlı ailələr və onların övladları, fiziki məhdudyyətli valdeynlər, uşaqlar bir araya toplaşdılar. Şəhidlərin və imamlarımızın adına açılan ehsan süfrəsinə gələn hər bir anaya, ataya, həyat yoldaşına şəhidlərin rəsmlərindən və keçdikləri şərəfli döyüş yolundan qısa tərcümeyi hal yazılmış plaketlər hazırlatdıq. Məclisimizdə iştirak edən uşaqlar bu plaketləri ailələrə təqdim etdilər. Məqsədimiz böyüməkdə olan uşaqlara şəhidləri tanıdaraq sevdirməkdir. İnanıram ki, ürəyimdən gələrək hazırlatdığım hədiyyələr hər bir şəhidin ev muzeyində öz yerini tapacaq. Qazilərimizidə unutmadıq, onların zəhmətini azda olsa dəyərləndirdik və simvolik olaraq cəmiyyətimiz adından hədiyyə təqdim etdik.
Burada iştirak edən şəhid ailə üzvülərinə, Qarabağ qazilərinə öz təşəkkürümü bildirirəm ki, dəvətimi qəbul edib gəldilər.
Bizdə “XeberTıme.az" Analitik İnformasiya Portalı olaraq “Ümid Xeyriyyə Cəmiyyəti”-nin rəhbəri Raya Məlikovaya və onun komandasına, Namidar Məmmədova, Lalə Məmmədovaya, İslam Mehdiyevə, Çinarə Babayevaya və 1 saylı İnşaatçı məhəllə komitə sədri Gülnarə Ağayevaya və onun ailə üzvülərinə öz dərin təşəkkürümüzü bildiririk. Allah qəbul eləsin!
Şəkillər və video SMTV-nin rəhbəri Samir Haqverdiyə məxsusdur.
Yeganə Telmanqızı
XeberTıme.az