Azərbaycan BRICS-ə üzv olmaq üçün rəsmi müraciət edib.
XeberTıme.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə mətbuata açıqlamasında bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "TASS” agentliyinə müsahibəsində ölkəmizin BRICS-ə qoşulmaq istədiyini bildirib.
"BRICS-ə üzv olmaq istəyənlərin uzun növbəsi var. Azərbaycan doğrudan da belə bir istəyi ifadə edib. Bu barədə rusiyalı həmkarlarımızla danışdıq. Lakin bu da bir prosesdir”, - deyə o bildirib.
BRICS müxtəlif qitələrin dörd dövləti - Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb. 2010-cu ildə Cənubi Afrika assosiasiyaya qoşulub, daha dörd ölkə - BƏƏ, İran, Misir və Efiopiya isə bu ilin əvvəlində təşkilata üzvü. Bundan əlavə, dünyanın 20-dən çox ölkəsi assosiasiyaya üzv olmaq üçün müraciət edib.
XeberTıme.az