2024-cü il sentyabrn 1-də Azərbaycan Milli Məclisinin 7-ci çagırış üzvlərinin seçilməsi üçün keçiriləcək parlament seçkilərində Majoritar seçki sistemi ilə keçiriləcək seçkilərdə Azərbaycan Milli Məclisinin 125 deputatının seçilməsi nəzərdə tutulub.
20.08.2024-ci il tarixində 45 saylı Sumqayıt dördüncü seçki dairəsi namizədi Səbinə Salmanova ərazi üzrə vətəndaşlarla və şəhid ailələri ilə görüş keçirib. Görüş Sumqayıt şəhər Şəhidlər Xiyaanından başlanıb. Səbinə Salmanova, şəhid anaları və bir qrup ziyalılar torpaqlarımızın ərazi bütövlüyünün bərpası uğrunda canından kecən şəhidlərimizin məzarlarını ziyarət etdilər, tər çiçəklər düzüb, ruhlarına dualar oxudular, hər birinin ehtiramla xatirələri yad olundu.
Görüşdə iştirak edən şəhid Təbriz Alməmmədovun anası Gülnarə Səfərova, DAF-nın prezidentinin müşaviri, AQGF-nın prezidenti Cəsarət Əhmədov, Sumqayıt musiqi kollecinin direktoru Səbinə Mehdiyeva, dövlət müşaviri İndira Şəmsvari, Sumqayıt Perinatal Mərkəzinin rəhbəri Təranə Rəcəbova və Sumqayıtın bir sıra ziyalıları Səbinə xanımın bu günə qədər gördüyü işlər barədə, xalqına, dövlətinə və dövlətçiliyinə etdiyi əvəzsiz xidmətlərindən danışdılar və 45 saylı Sumqayıt dördüncü seçki dairəsinin bütün seçicilərinə sentyabrın 1-də Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində ən layiqli namizəd Səbinə Salmanovaya səs verməyə çağırdılar
45 saylı Sumqayıt dördüncü seçki dairəsi namizədi Səbinə Salmanova çıxışında bildirdi:
- Deputat olmaq, öz xalqının maraqlarını təmsiı etmək və onların səsini qanunvericilik prosesində eşitdirmək üçün seçilmiş bir vəzifədir. Əsas tələblərdən biri xalqın etimadını qazanaraq onların maraqlarını təmsil etmək bacarıgıdır. Deputat olmaq xalqın maraqlarını və dövlətin rifahını qorumaq üçün böyük məsuliyyət tələb edir. Bu vəzifəni ugurla yerinə yetirmək üçün mühüm xüsusiyyətlərə malik olmaq önəmlidir. Mən fəxr edirəm ki, Sumqayıt şəhərində doğulub, böyüyüb boya-başa çatmışam və doğma Sumqayıtımın hər bir sakini mənə əzizdir. Əgər seçilərəmsə parlamentdə Sumqayıtımın və sumqayıtlıların səsi olacam. Vətənimə, dövlətimə, xalqıma şərəflə, vicdanla xidmət edəcəm!
Yeganə Telmanqızı
XeberTıme.az