2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 122 saylı seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Məmmədov Aqil Kamran oğlunun Yeni Azərbaycan Partiyasının Nərmanov rayon təşkilatında Xankəndindən olan ziyalılarla görüşü keçirilib.Görüşü giriş sözü ilə açan YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev Yeni Azərbaycan Partiyasının digər seçkilərdə olduğu kimi parlament seçkilərində də böyük qələbə qazanacağını əminliklə ifadə edib. Təşkilat sədri bildirib ki, Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə dahi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin Azərbaycan xalqına siyasi mirası olan Yeni Azərbaycan Partiyası bu gün Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlər qazanıb, şanlı tarix yazıb. Biz azərbaycanlılar bu tarixi hadisəyə şahidlik etdiyimizə görə özümüzü çox xoşbəxt hiss edirik.
Çıxış edən deputatlığa namizəd Aqil Məmmədov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin alternativsiz lider olduğunu diqqətə çatdırıb. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində ölkəmizin bütün sahələr üzrə inkişafa nail olduğu qeyd olunub. Bildirilib ki, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan bu gün regionda yeni reallıqlar yaradıb. Vurğulanıb ki, budəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdardır.
Tədbirdə iştirak edən Məhəttəmov Ədalət, Rüstəmov Rafiq və başqaları çıxışlarında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırdılar.
Onlar qeyd ediblər ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP daim xalqın mənafeyindən çıxış edib və bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırmaqdadır.
XeberTıme.az