Bu gün 43 saylı Sumqayıt İkinci Seçki Dairəsində namizədliyi qeydə alınan Anar Hüseynov seçiciləri ilə görüş keçirtdi.
Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri artıq ölkəmizdə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi günə saylı günlər qalıb. Belə bir səbəbdən də, ayrı-ayrı seçki dairələri üzrə potensial namizədlərin seçicilərlə görüşləri davam etdirilir. Qeyd edək ki, hal-hazırda ölkəmizin ictimai-siyasi həyatında yeni bir canlanma, aktivlik müşahidə olunmaqdadır. 43 saylı Sumqayıt İkinci Seçki Dairəsində namizədliyi qeydə alınan Anar İsdəndiyar oğlu Hüseynov namizədliyi qeydə alınan şəxslər sırasında ən şanslı və ən layiqli namizəddir.
Təbliğat-təşviqat kampanyasında çıxış edən natiqlər şəhid Tacəddin Soltanın anası Aygün xanım, şəhid Əlizamin Mustafalının anası Ülviyyə xanım, Sumqayıt şəhər ağsaqqalı Alı Saf oğlu, Mühafizə xidmətinin rəisi, Beynəlxalq dərəcəli idman ustası Mahir Məhərrəmov, Tarix elmlər doktoru Ramin Əlizadə, Ehtiyatda olan qəhrəmanlarmız Elmar Hüseynov və Ələsgər Vəliyev, HƏP-in müşaviri Rafiq Cəlilov və digərləri Anar Hüseynov ölkəmizin ictimai-siyasi həyatında fəal vətəndaş mövqeyi ilə tanınan və seçilən, həmçinin xarakterik xüsusiyyətinin bir çox göstəriciləri ilə əksəriyyətə nümunə olan parlaq simalardan biridir. Anar müəllim vətənpərvər, humanist gənc ziyalımızdır və inanırıq ki, Anar Hüseynov parlamentdə öz seçicilərinin hüquqlarını layiqincə qoruyaraq, onların səsini, problemlərini parlamentdə səsləndirəcək.
Seçicilərlə görüşün əsas devizi kimi “Gözəl Gələcək, Bizimlə Gələcək” olduğunu deyən Anar Hüseynov deputat seçiləcəyi təqdirdə onların problemlərinin səlahiyyətləri çərçivəsində həll edilməsi üçün səylə çalışacağını vurğulayıb.
Deputatlığa namizəd görüşdə seçiciləri düşündürən sualları cavablandırıb, qaldırılan məsələlər ətrafında fikir mübadiləsi aparıb. Seçicilər onları təmsil edəcək millət vəkili ilə mütəmadi görüşlər keçirilməsini arzuladıqlarını qeyd edərək, bu kimi təmasların səmərəli olacağına inandıqlarını bildirdilər.
Sonra deputatlığa namizəd Anar Hüseynov çıxışında Azərbaycanın dünyada sabitlik və təhlükəsizlik adası kimi tanındığını, milli həmrəyliyin dövlətimizə böyük uğurlar qazandırdığını, ölkəmizdə vətəndaşların Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə inam və etimad bəslədiklərini, xalq-iqtidar birliyinin sarsılmaz təməllərə söykəndiyini bildirib.
Anar Hüseynovun valdeynləri Yazgül xanım, İsfəndiyar müəllim övladlarına xeyir-dua verərək bu seçkilərdə bol-bol uğurlar arzuladılar. Öz növbəsində A.üseynov Hüseynov Hüseynov vəd verib ki, seçicilərin etimad göstərəcəyi təqdirdə bu inamı doğrultmaq üçün səlahiyyətlər və qanunvericilik çərçivəsində, aidiyyəti qurumlarla əlaqələndirilmiş şəkildə müvafiq addımlar atacaq.
Sonda xatirə şəkilləri çəkildi.
Seçicilərlə görüş çay masası arxasında davam etdirildi.
Anar Hüseynovun platformasi:
Anar İsfəndiyar oğlu Hüseynov 1981-ci il iyulun 24-də Qərbi Azərbaycanın Agbaba mahalında anadan olub. 1998-ci ildə orta məktəbi, 2002-ci ildə ADPU-nin tarix fakültəsini fərqlənmə ilə və ikin-
ci ali təhsil alaraq Qorbi Kaspinin Universitetinin politologiya fakültəsin bitirib. 2002-2003-ci illərdə Daxili Qoşunlarda hərbi xidmətdə olmuşdur. 2003-cü ildən tarix müəllimi işləyir. 2005-ci ildən "ASS RİSK" şirkətinin mühafizə xidməti rəisi, 2009-cu ildən "Riyad" Mühafizə Xidmətinin Sumqayıt şəhər şöbəsi üzrə rəis müavini, 2018-ci ildə “Alov” Mühafizə Xidmətinin Saray şöbəsinin rəisi işləyib. “Vətən” Mühafizə Xidmətinin Sumqayıt şəhər Regional idarəsinin rəis müavini işləyir.
“Tarix Araşdırmalar Qurumu”nun həmtəsisçisidır. 30-dan artıq elmi və publisistik məqalə müəllifidir. Dövlətçilik ilə bağlı 8 kitabda müxtəlif qəzet və jurnallarda müxtəlif səpkidə məqalələri çap olunub. 2 kitab müəllifidir. “İlin ziyalısı” media
mükafat, “Azərbaycan bayrağı” diplomu ilə təltif olunmuşdur. "Bizim Lider" redaksiya heyyətinin fəxri üzvüdür. “ARES” təşkilatı sertfikatı ilə təltif olunmuşdur. Xeyriyyəçilk fəaliyyəti ilə məşğuldur. Müxtəlif psixoloji kurslar keçmişdir. KİV-də və televiziya kanallarında Azərbaycanın dövlətçilik
tarixi ilə bağlı çıxışlar etmişdir. “Azərbaycan Respublikası Şəhid Ailələrinə Sosial Dəstək İctimai
Birliyi”nin Sumqayıt şəhəri üzrə sədri, "AJB"-nin üzvü, “İnfo12.aztv”nin baş redaktoru, “Şəfər” Media Mükafatı Laureatçı, "Zəfər" Fəxri Diplomu, "Qızıl Qələm" Media Mükafati Laureatçısı,
"Hacı Zeynalabdin Tağıyev" Ali Media Mükafatçısıdır. "Azad Azərbaycan" Televiziya Kanalında (ATV) yayımlanan "Qarabağ salnaməsi" verilişində Azərbaycanın tarixi həqiqətlərini dünyaya çatdınılmasında yaxından iştirak edir.
Ailəlidir, 3 övladı var.
Yeganə Telmanqızı
XeberTıme.az