Mehriban Əliyeva ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, onun gördüyü işlər geniş bir fəaliyyət məkanını əhatə edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinə nəzər salarkən daha aydın şəkildə söyləyə bilərik ki, Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması ölkənin müasir tarixinin mühüm hadisəsidir. Azərbaycanda savadlı, peşəkar və sağlam yeni nəslin formalaşmasına xidmət edən önəmli təşəbbüslərlə daim çıxış edir. Təhsilə göstərilən qayğı kontekstində ötən illərin növbəti təşəbbüsləri xüsusi olaraq vurğulanmalıdır: "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı, "Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı, "Təhsilə dəstək” və s. Qeyd olunan proqramların icrası nəticəsində təhsildə, habelə yeni savadlı və vətənpərvər nəslin formalaşdırılması prosesində əsaslı nailiyyətlər əldə olunmuşdur. Ölkəmizdə maddi və qeyri- maddi irsin qorunub saxlanılması, Azərbaycanda və xarici ölkələrdə tarixi, dini, mədəni abidələrin bərpası, məktəblər, uşaq bağçaları, səhiyyə ocaqları və s. elmi, mədəni və sosial mərkəzlərin açılması sahəsində Heydər Əliyev Fondunun əməyi böyükdür. Dəfələrlə Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun uşaqlar üçün təşkil etdiyi ənənəvi bayram şənliyində şəxsən iştirak edib. Talassemiyasız həyata doğru adlı şüarı ilə Azərbaycanda da sosial bəlaya çevrilən talassemiyaya qarşı effekt mübarizə Mehriban Əliyevanın şəxsi nəzarəti altındadır. Mehriban xanım ölkədə və dünyada xərçəng xəstəsi olan uşaqların cəmiyyətdə sosial təcridinin aradan qaldırılması kimi mühüm problemin həllinə güclü dəstək vermişdir. Mehriban Əliyevanın Milli Məclisdəki fəaliyyət dövründə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, ölkəmizin beynəlxalq nüfuzunun artırılması istiqamətində böyük səylər göstərmişdir. Azərbaycan mədəniyyətinin tanınmasında, Azərbaycan xalqının maraqlarının müdafiə olunmasında, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı həqiqətlərin bütün dünyaya çatdırılmasında xüsusi xidmətlər göstərərək Azərbaycanın tarixi qadının obrazını təzahür etmişdir. Azərbaycançılıq ideologiyasına xidmət edən Mehriban xanım Əliyeva dövlətçiliyin qorunması və qüdrətlənməsi naminə uğurla fəaliyyət göstərir. Və bu fəaliyyət hər bir azərbaycanlının ürəyincədir. Hər bir ölkə vətəndaşı tərəfindən sonsuz minnətdarlıq hissi ilə qarşılanır.
Avqust ayının 26-sı Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür. Bu əlamətdar gün münasibətilə Onu – qəlbi daim humanist duyğularla çağlayan mərhəmətli, şəfqətli Birinci xanımı təbrik edir, Azərbaycançılıq məfkurəsinin inkişaf etdirilməsində hər zaman yeni yollar axtarışında olan Mehriban Əliyevaya can sağlığı, ailə səadəti arzulayırıq.
Firəngiz Quliyeva
ATU-nun biokimya kafedrasinin baş müəlliməsi, biologiya üzrə fəlsəfə elmləri doktoru.
QİM, Magen David Azərbaycan İHMM-nin fəal üzvü