Məşhur MMA döyüşçüsü Elçin Hüseynov 121 saylı Laçın seçki dairəsindən Milli Məclisə deputatlığa namizədliyini verib. E. Hüseynov əslən Laçın rayonundan. Əsas məqsədi azad olunan Laçının sakinlərinin istək və arzularını Milli Məclisdə səsləndirərək həyata keçirtməkdir. Deputatlığa namizədliyi onun cəmiyyətə daha geniş miqyasda xidmət etmək istəyindən irəli gəlir. O, gənclərə və idmançılara dəstək olmaq, vətənpərvərlik ruhunu təbliğ etmək və ölkənin inkişafına töhfə vermək məqsədilə bu addımı atıb.
Tanınmış MMA döyüşçüsü parlamentdə idman, gənclər siyasəti və vətənpərvərlik mövzularında islahatlar həyata keçirmək niyyətindədir. O, gənclərin idmana cəlb edilməsi, onların fiziki və mənəvi inkişafının təmin edilməsi, həmçinin şəhid ailələrinin və qazilərin sosial müdafiəsi ilə bağlı məsələlərə xüsusi diqqət yetirməyi planlaşdırır.
Elçin Hüseynov mütamadə olaraq Azərbaycanın müxtəlif bölgələrində yaşayan Laçınlılarla görüşüb onlarla bir-bir tanış olaraq problemlərin dinləyir və parlamentdə onların səsi, sözü olacağına söz verir.
Xatırladaq ki, Elçin Hüseynov təkcə idman sahəsindəki uğurları ilə deyil, həm də 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətlə tanınır.
E.Hüseynovun hərbi və idman sahəsindəki fəaliyyəti onun geniş ictimaiyyət arasında böyük hörmət qazanmasına səbəb olub.
O, MMA döyüşçüsü olaraq bir çox beynəlxalq və yerli turnirlərdə iştirak edib və müxtəlif mükafatlar qazanıb. Onun gücü, sürəti və taktiki bacarıqları ona döyüş meydanında böyük üstünlük qazandırıb. Ən son uğurlarından biri isə 2024-cü ilin fevralında Gürcüstanda keçirilən beynəlxalq MMA turnirində erməni rəqibinə qarşı qazandığı qələbədir. Bu qələbə onun döyüş meydanında nə qədər güclü və qətiyyətli olduğunu bir daha sübut edib.
Elçin Hüseynov 44 günlük Vətən müharibəsində könüllü olaraq iştirak edib və cəbhədə göstərdiyi qəhrəmanlıqla yadda qalıb. Onun müharibə zamanı göstərdiyi şücaət, ölkəsinin müdafiəsi uğrunda verdiyi mübarizə ona xalq arasında böyük hörmət qazandırıb.
Bizdə "XeberTıme.az" Analitik İnformasiya Portalı olaraq 1 sentyabr 2024-ci il tarixində keçiriləcək Milli Məclisənövbədənkənar seçkilərdə 121 saylı Laçın seçki dairəsindən namizədliyini verən məşhur MMA döyüşçüsü Elçin Hüseynova bol-bol uğurlar arzulayırıq.
XeberTıme.az 121 saylı Laçın seçki dairəsindən namizədi Elçin Hüseynovun Azərbaycanın müxtəlif bölgələrində yaşayan lakin sakinləri ilə görüşlərdəki fotoları sizlərə təqdim edirik:
Xatai rayon, NZS qəsəbəsində yaşayan laçınlılar:
Masazır qəsəbəsində yaşayan laçınlılar:
Laçın rayon şəhidi Fərid İlyasovun ailəsinin ziyarətində:
Binəqədi Gənclər Şəhərciyində yaşayan laçınlılar:
İsmayilli royonu Qalıncaq kəndində yaşayan laçınlılar:
İsmayıllı kökəltmə fermasında yaşayan laçınlılar:
Bərdə rayonda yaşayan laçınlılar:
Laçın rayon Kamallı kəndinin sakinləri:
Laçın rayon Qarakeçdi kəndinin sakinləri:
Laçın rayon Ağbulaq kəndinin sakinləri:
Laçın rayon Qorçu kəndinin sakinləri:
Ceyranbatan qəsəbəsində yaşayan laçınlılar:
Qobu parkda yaşayan laçınlılar:
Ümid qəsəbəsində yaşayan laçınlılar:
Müəllifdən: Mən 26 avqust - Laçın Şəhəri günü ilə əlaqədar Laçın rayonunda qonağı idim. Laçın rayonunda sakinlərlə söhbət zamanı hər kəs sevimli namizədi, əslən Laçın rayonundan olan Elçin Hüseynova sevə-sevə səs verəçəklərini və Elçin Hüseynovun parlamentdə Laçınıların səsi olacağını bildirdilər. “Real namızədimiz 44 günlük Vətən müharibəsində tarix yazan Elçin Hüseynovdur.”
Yeganə Telmanqızı
XeberTıme.az