SON DƏQİQƏ

Azərbaycanda 341 məmur cəzalandırılıb

Tarix:29-08-2024, 21:39

Dövlət qulluqçularının etik davranış qaydaları haqqında 2023-cü il üzrə hesabat hazırlanıb.
XeberTıme.az xəbər verir ki, bu barədə  Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarının tələblərini pozan 341 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib. Həmin intizam tənbeh tədbirlərindən 162-si mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumlarında, 179-u isə yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları barədə tətbiq edilib.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə digər dövlət qurumlarında tətbiq edilmiş 341 intizam tənbeh tədbirindən 297-si töhmət, 14-ü dövlət qulluğundan azad edilmə, 10-u vəzifə maaşının azaldılması, 6-sı ixtisas dərəcəsinin bir pillə aşağı salınması olub.

Hesabatla buradan tanış ola bilərsiniz.  

XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ