Bu gün səhər saat 08:00-da Azərbaycan Respublikasının bütün ərazisində Azərbaycanda növbədənkənar parlament seçkiləri başlayıb.
”XeberTıme.az” Analitik İnformasiya Portalının direktoru olaraq bu seçkinin hansı səviyyədə keçməsini əyani izlədim. Sumqayıt şəhər Zülfü Hacıyev adın 17 saylı tam orta məktəbdə yerləşən Sumqayıt şəhəri 44 saylı Sumqayıt üçüncü seçki dairəsinin 4 saylı məntəqəsində oldum. Məntəqədə bütün standartlara uyğun olaraq seçkilər keçirilirdi. Seçicilər rahatlıqla gələrək seçdikləri namizədinə səs verdilər.
Məntəqənin sədri Rəna Rufullayeva nın verdiyi statistik məlumata görə saat 15:00-a qədər bu məntəqədə 1127 seçicidən 365 -dən çox seçici səs vermişdir.
18 yaşında ilk dəfə səs verən 2 nəfər seçici var, ən yaşlı seçici 96 yaşındadır.
Seçkilərin müşahidəçiləri ilə söhbət zamanı hər biri seçkilərin müdaxiləsiz, tam obyektiv və şəffav şəkildə keçirildiyini bildirdi.
Yeganə Telmanqızı
XeberTıme.az