“Ümid” Xeyriyyə Cəmiyyəti “Uşaqlar təhsildən geri qalmasınlar” adlı aksiya keçirtdi.
Bilik Günü bayramına saylı günlər qalıb. 08.09.2024-ci il tarixində Sumqayıt şəhəri və ətraf qəsəbələrdə yaşayan uşaqlara “Ümid” Xeyriyyə Cəmiyyətinin rəhbəri Raya Məlikova dəstək oldu. Aztəminatlı, qazi, hər iki və bir valdeynlərini itirmiş 70-ə yaxın uşağı sevindirdi. Uşaqlar hər biri məktəbli çantaları, forması, ayaqqabı, iç geyimləri, məktəb ləvəzimatları və digər məktəbə aid əşyalarla təmin olundular.
“Ümid” Xeyriyyə Cəmiyyətinin rəhbəri Raya xanım gözəl təssüratlarını XeberTıme.az-la bölüşdü:
- İslam dinində elmə və təhsilə yüksək qiymət verilir. Aksiyamızda “Uşaqlar təhsildən geri qalmasınlar” divizi altında həyata keçdi və bacardığım qədər bu uşaqlara məktəbə aid nə varsa hər şey aldım. Bu günə qədər 70-ə yaxın aztəminatlı, qazi, bir və iki valdeynlərini itirmiş ailələrin övladlarını sevindirdik, aksiyamız hələ bitməyib. Nəzərinizə çatdırıram ki, aksiyada iştirak edən hər bir uşaq və valdeynlər gediş-gəlişlədə təmin olundular. Bizə yaxından köməklik edən 1 saylı İnşaatçı məhəllə komitə sədri Gülnarə Ağayevaya, xeyirxah insan Namidar Məmmədova, Yeganə xanıma öz təşəkkürümü bildirirəm.
Məqsədimiz bütün uşaqların təhsil almasıdır. Bu gün uşaqları xoşbəxt görəndə bizdə sevinirik. Nə xoş bizə ki, Ulu yaradan bu cür xeyirxah işləri bizlərə həvalı edib. Uşaqlar xoşbəxt, firivan yaşasınlar. Xoşbəxt uşaqlar, xoşbəxt gələcək deməkdir!
Yeganə Telmanqızı
XeberTıme.az