Bu gün Sumqayıt şəhər 2 nömrəli Bülbül adına Uşaq İncəsənət Məktəbinin nəzəriyyə şöbəsinin məllimi Arzu Qurbanovanın doğum günüdür.
Xatırladaq ki, Arzu Cingiz qızı Qurbanova 1959-cı ildə Şəki şəhərində ziyalı bir ailədə dünyay gəlmişdir. 1966- cı ildə Şəki şəhəri 3 saylı məktəbin birinci sinifinə daxil olur. 1967-ci ildə musiqiyə olan həvəsi onu Şəki şəhər musiqi məktəbinə gətirib çıxarır. 1971-ci ildə ailə Sumqayıt şəhərinə köçür və 13 saylı tam orta məktəbdə təhsilini davam edir. Musiqi təhsilini isə 1 saylı musiqi məktəbində (indiki Q.Qarayev adına musiqi məktəbi) davam etdirir.
1976-1980-cı illərdə Sumqayıt şəhər S.Hacıbəyov adına Musiqi texnikomomunun nəzəriyyə şəbəsində təhsil alır. Tələbə olarkən 1979-cı ildə Sumqayıt şəhər 4 saylı klubda əmək fəaliyyətinə başlayır. 1981-ci ildən bu günə qədər Sumqayıt şəhər 2 nömrəli musiqi məktəbində (indiki Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi) nəzəriyyə müəllimi kimi, 2000-2023-ci illərdə nəzəriyyə şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Bu gündən artıq əmək təqaüdünə gedir.
1983-ci ildən ailəlidi. 2 övladı var: Aytən və Həsən. 4 nəvəsi var.
Gözəl müəllimə, gözəl insan başda Sumqayıt şəhər 2 nömrəli Bülbül adına Uşaq İncəsənət məktəbinin direktoru Samir İsmayılov olmaqla bütün pedoqoji kollektivi adından sizi ürəkdən təbrik edirik. Sizə möhkəm, sağlam ömür firavan həyat, sevinc dolu günlər arzulayırıq.
Müəllifdən: Arzu müəllimə bu gün çox qürur duyuram ki, sizinlə və digər mənə dərs deyən müəllimlərlə bərabər gözəl, dəyərli bir kollektivdə Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində müəllimə vəzifəsində çalışıram. Sizlərdən öyrəndik, bəhrələndik. Bu fəaliyyətim mənim üçün qürurvericidir!
Yeganə Telmanqızı
XeberTıme.az