SON DƏQİQƏ

27 Sentyabr qürur və milli mənlik günüdür

Tarix:27-09-2024, 01:54

27 Sentyabr - Zəfərə aparan tarixi qərardan dörd il ötür. Azərbaycan Ordusu bu günlərdə böyük qürur hissi ilə milli tariximizdə silinməz iz qoymuşdur.  27 sentyabr Vətən müharibəsinin başlanmadığı gündür.  Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının diplomatik siyasəti, Güclü Azərbaycan Ordusunun, Rəşadətli qəhrəman və qorxmaz igid əsgər və zabitlərimizin və xalqımızın birliyi, həmrəyliyi nəticəsində əldə olundu. Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Azərbaycanın tam Qələbəsini təmin edən həlledici amillərdir. O Qələbə ki, şəhidlərimizin ruhunu şad edib, o Qələbə ki, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Ağdamımızı, Kəlbəcərimizi, Laçınımızı, Hadrutumuzu, Suqovuşanımızı, Şuşamızı və bütövlükdə işğal altındakı bütün ərazilərimizi öz əbədi sahibinə - Azərbaycan xalqına qaytarıb. 2023-ci ildə Lokal xarakterli antiterror hadisələrində 23 saat 48 dəq gedən döyüşlərdə Qarabağımız bütövləsdi və tam suverenliyini əldə etdi.   
                                                              
27 sentyabr Azərbaycanın bütünləşməsi, bütövləşməsi günüdür. Xalqımız bu günlə fəxr edir və bundan sonra da fəxr edəcək. 27 sentyabr itirilən torpaqlarımızın geri alınmasının başlanğıc günüdür. Igid övladlarımız bu tarixi gündə öz bayrağı, dövləti, vətənləri uğrunda canlarından keçmək, vətən torpağını öz qanları hesabına azad etmək üçün ayağa qalxdılar.                    

Cəmi 44 gün ərzində bir xalq olaraq, dövlət olaraq uzun illərdən sonra ərazi bütövlüyümüzü və surenliyimizi bərpa edirik. Burada rəşadətli oğullarımızın, qəhrəman şəhid və qazilərimizin misligörünməmiş əməyini vurğulamamaq olmazdı. Məhz onların Ali Baş Komandanımızın dəmir yumruğunun sarsılmaz hissələrinə çevrilməyi nəticəsində belə bir müvəffəqiyyət qazana bildik. Məhz buna görə də Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü və suverenliyi yolunda, Vətən, Ləyaqət, Şərəf uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramla anırıq.
 
Allah şəhidlərimizə rəhmət eləsin!                           

Hörmətlə:                                                              
Əkbər Yusifoğlu                                                   
Tanınmış hüquqşünas

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ