SON DƏQİQƏ

BAŞSAĞLIĞI

Tarix:24-10-2024, 22:00

Məmmədov  Əlikişi Gülməmməd oğlu 17 oktyabr 2024- cü il tarixində 77 yaşında  vəfat edib.    
Əlikişi Məmmədovun vəfatı ilə əlaqədar mərhumun ömür-gün yoldaşı Məleykə Məmmədovaya, övladları Sevil həkimə, Orxan həkimə, Murad müəllimə,  Fərid müəllimə, bacısı qızı Gülşən Şahmuradlıya, qaynı yazıçı-publisist Rauf İlyasoğluya  “XeberTıme.az” Analitik İnformasiya Portalının direktoru Yeganə Telmanqızının və “Həkəri” qəzetinin baş redaktoru Rauf İlyasoğlunun adından dərin hüzünlə baş sağlığı verərək  uca Allahdan səbr diləyirik.     

Xatırladaq ki, Əlikişi Məmmədov Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasında, Sumqayıt şəhər Poliklinikasında və Mərkəzi xəstəxanada şöbə müdiri, H.Z.Tağıyev  qəsəbə xəstəxanasında  həkim- burun boğaz cərrahı işləmişdir. Əlikişi Məmmədovun həyat yoldaşı Məleykə Məmmədova uzun illərdir ki, Azərbaycan Qadınlar Cəmiyyətinin Sumqayıt  şəhəri üzrə sədri olmaqla  bu gün də imkansız insanlara diqqət və qayğı göstərir. Əlikişi Məmmədov xeyirxah həkim idi.   

Allah rəhmət eləsin! 

XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ