SON DƏQİQƏ

Vətən müharibəsi veteranı haqq dünyasına qovuşdu

Tarix:27-10-2024, 22:14

"Həkəri" qəzetinin baş redaktoru Rauf İLYASOGLU və qəzetimizin xüsusi müxbirləri Hamlet Abbasov, Ənvər Məmmədov Laçın rayonunun Mirik kəndində doğulmuş, hazırda Bakının Xəzər rayonunun Qala  qəsəbəsində məskunlaşmış qəzetimizin əməkdaşı Sazbənd Mürsəl Ağalarova qardaşı Qarabağ müharibəsi veteranı, igid döyüşçü   Aydın Yaşa oğlu Ağalarovun  vəfatından kədərləndiklərini bildirir və mərhumun doğmalarına dərin hüznlə başsağlığı verirlər.

Aydın Yaşa oğlu Ağalarov Laçın rayonunun Mirik kəndində zəhmətkeş bir ailədə dünyaya gəlmişdi .
Orta məktəbi bitirdikdən sonra hərbi xidmətini başa vurmuş , sonra isə öz doğma kəndinə işləməyə başlamışdı.Usta sənətinə yiyələnmişdi. Vətənin başının üzərini qara buludlar alarkən silaha sarılaraq sərhəddimizi qorumağa başlamışdı. Dəfələrlə ölümlə üz-üzə gəlmiş və neçə-  neçə düşmən qüvvələrini məhf edərək  susdurmuşdu.
Qeyri bərabər müharibədə erməni quldurları arxalı sarıqulaq  havadarları ilə birlikdə doğma Laçını işğal etdikdən sonra Aydın Ağalarov Bakının Qala qəsəbəsində məskunlaşmış və çətinliklərlə üzləşmiş və özünə ev eşik tikmişdi.Gözəl əl qabiliyyəti olan Aydın həm də usta idi. Müharibənin təsiri, eləcə də vətən həsrəti onun səhhətində problemlər yaratmışdı. Vətən müharibəsi veteranı  haqq dünyasına qovuşdu. Qala qəsəbəsində  bazar günü mərhumun vəfatının yeddinci günü keçiriləcəkdir. İgid bir döyüşçü qardaşımızı da itirdik.
Allahdan Aydın Ağalarova rəhmət diləyir, ailəsinə, böyük qardaşı Sazbənd Mürsəl Ağalarova və bütün doğmalara səbr  diləyirik. 

Rauf İlyasoğlu,
Hamlet Abbasov,
Ənvər Məmmədov.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ