SON DƏQİQƏ

Sumqayıtda “Zəfər nəğmələri yazılır indi” adlı bayram tədbiri keçirib- FOTOLAR

Tarix:6-11-2024, 21:54

05 noyabr 2024-ci il tarixində Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Şəhər Mədəniyyət Evi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sumqayıt şəhər şöbəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində 8 Noyabr Zəfər gününə həsr olunan “Zəfər nəğmələri yazılır indi” adlı bayram tədbiri keçirib. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə açıq elan edilib, torpaqlarımızın azadlığı uğrunda canını fəda vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Aparıcı Əliağa Tapdıq 2020-ci il II Qarabağ Müharibəsində ordumuzun qazandığı Zəfər Qələbəsindən geniş məlumat verib. Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sumqayıt şəhər şöbəsinin sədri Temuraz Mənsurov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin səlahiyyətli nümayəndəsi Zəkəriyyə Rəhimov, kapitan Fəxrəddin Behbudov, polkovnik Zeydulla Mustafayev, “Turan” ədəbi məclisinin sədri, Prezident təqaütçüsü Rəfiqə Şəms və şəhid anaları iştirak ediblər. Rəssamlıq kursunun (kurs rəhbəri Mənzər Hüseynova) “Uşaqların gözü ilə Zəfərimiz” adlı sərgi də təşkil olunmuşdu. Bədii qiraətçi Əliağa Tapdıq, Ramiz Qusarçaylının “Mənim Bayrağım” şeirini səsləndirib. “Şəms” inistrumental ansambılının solisti Niyaməddin Həmzəyev, müğənnilər Türkan Səfərova, Kamil Ağazadə, “Vetranlar” xalq xoru vətənpərvərlik mahnılar ifa ediblər.   
XeberTıme.az                        

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ