SON DƏQİQƏ

Zülfüqar Rüfətoğlu vəfat etdi - FOTO

Tarix:9-11-2024, 23:39

Tanınmış jurnalist, şair, tərcüməçi Zülfüqar Rüfətoğlu Londonda  müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
O, uzun müddətdir qaraciyər xərçəngindən əziyyət çəkirdi.
Xatırladaq ki, Əhmədzadə Zülfüqar Rüfət oğlu (22 iyun 1958, Bakı - 9 noyabr 2024,  London) "Şirbalanın məhəbbəti" filminin ssenari müəllifi, "Səhər" qəzetinin təsisçilərindən biri, "Mavigözlü ögey ana" kitabının müəllifi, “Qızıl Qələm” media  mükafatı laureatıdır. O, tanınmış şair Rüfət Əhmədzadənin oğludur. Uzun illər BBC Azərbaycan xidmətində  fəaliyyət göstərib.
 
Allah rəhmət eləsin! 



XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ