13.11.2024-ci il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyev 63 yaşında qəflətən vəfat edib.
Siyavuş Hacıyev vaxtsız vəfatı ilə əlaqədar “Qanun və İcra” proqramının aparıçısı, tanınmış hüquqşünas, 20 saylı Vəkil Bürosunun vəkili Əkbər Yusifoğlunun və Bakı şəhəri 20 saylı Vəkil Bürosunun müdiri İlhamə xanım Həsənovanın adından mərhumun doğmalarına və yaxınlarına dərin hüzünlə baş sağlığı verərək uca Allahdan ailəsinə səbr diləyirik.
Xatırladaq ki, Siyavuş Hacıyev bu gün Bakıdakı meydançaların birində futbol oynayarkən səhhəti anidən pisləşib. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, ürəktutmasından vəfat edib.
Siyavuş Hacıyev 1961-ci ildə anadan olub. O, uzun müddət hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışıb, daha sonra fəaliyyətini hakim kimi davam etdirib. O bu gün Bakıdakı meydançaların birində futbol oynayarkən səhhəti anidən pisləşib. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, ürəktutmasından vəfat edib. 2018-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub.
Allah rəhmət eləsin!
XeberTıme.az