SON DƏQİQƏ

Prezident bu kanallara maliyyə yardımı ayırdı - SƏRƏNCAM

Tarix:28-12-2024, 20:55

Azərbaycanda özəl ümumölkə televiziya və radio yayımçılarına birdəfəlik maliyyə yardımı göstəriləcək.
XeberTıme.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamla ölkədə fəaliyyət göstərən özəl ümumölkə televiziya və radio yayımçılarının telekommunikasiya peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə bu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Audiovizual Şuraya 2,5 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək tapşırılıb. 

 XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ