Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolundan istifadə üçün “Sürətli keçid kartı”nın balansını artıq onlayn şəkildə də artırmaq mümkündür.
XeberTıme.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Onlayn balans artırmaq üçün:
1. www.odenisliyol.az rəsmi internet səhifəsinə daxil olun;
2. “Balans artırma” bölməsini seçin;
3. Qeydiyyat zamanı təqdim edilmiş hesab məlumatlarını daxil edərək sistemə giriş edin;
4. “Mənim səhifəm” bölməsindən “Etiket vəziyyəti” alt bölməsinə keçid edin;
5. “Balans artırma” bölməsini seçin və bank kartı məlumatlarını daxil edərək ödənişi tamamlayın.
XeberTıme.az