SON DƏQİQƏ

Tanınmış hüquqşünas Əkbər Yusifoğlunun təqdimatında “Qanun və İcra” proqramı

Tarix:13-03-2025, 23:59

“Qanun və İcra” proqramı hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək “Dünya TV”-nin efirində canlı yayımda nümayiş olunacaq.  


15.03.2025-ci il tarixində efirə gedəcək “Qanun və İcra” proqramında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsi “Dələduzluq cinayətləri” mövzusu, eyni zamanda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin qarşılıqlı izahları, fikir mübadiləsi eləcədə, məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparılacaq. 
Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə proqrama ünvanlanmış suallar cavablandırılacaq. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların proqrama ünvanladıqları suallarını cavablandırmaq üçün proqramımıza ekspertlər dəvət etmişik:                                           
                                                                                             
1. Kamran Şükürlü- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.                                                                              
 
2. Səadət Vəliyev- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.                                                                            

3. Qəhrəman Qarayev- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.                                     
                                                                                   

4. Anar Hacıyev- Mediasiya şurasının üzvü, Gəncə 1 saylı Mediasiya Təşkilatının Şəmkir və Gədəbəy rayonları üzrə mediatoru.
 
 Proqramın informasiya dəstəyi “XeberTıme.az”, “dünyatv.az” “XeberEkspress.az”, “UluSəs.az”, “Gündəlikxəbər.org”, “ZəfərYolu.az”, “XezerTV.info” sayıtlarına məxsusdur. 
 
Yeganə Telmanqızı 
 
XeberTıme.az    

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ