Bu gün dəyərli ziyalımız, minlərlə şagirdin könlündə taxt salan müəllimə Arzu Nəsibovanın doğum günüdür.
Hörmətli Arzu müəllimə sizi doğum günü münasibətilə ürəkdən təbrik edirik və ən xoş arzularımı bildiririk. Sizə Ulu Yaradandandan möhkəm can sağlığı, uzun ömür, şərəfli iş fəaliyyətinizdə bol-bol uğurlar diləyirik.
Xatırladaq ki, Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi olan Arzu Nəsibova ömrünün 33 ilini gənc nəslin təlim-tərbiyyəsinə həsr edib. Sumqayıt şəhər 18 saylı tam orta məkətbdə Azərbaycan dili və Ədəbiyyat fənnindən dərs verir. Doğma dilimizi şagirdlərə sevərək tədris edir.
Təbriklərə qoşulur çalışdığı Sumqayıt şəhər 18 saylı tam orta məkətbin direktoru Leyla Fətəliyeva, pedoqoji kollektiv, rəhbəri olduğunuz 10 C sinif şagirdləri və valdeynlər.