Bakı şəhər 20 saylı vəkil bürosunda fəaliyyət göstərən vəkil Əkbər Yusifoğlunun müdafiəni həyata keçirdiyi cinayət işində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü maddəsi (Qanunsuz azadlıqdan məhrum etmə) üzrə təqsirləndirilən şəxslə bağlı məhkəmənin bəraət hökmü çlxarılmışdır.
Müdafiə tərəfindən irəli sürülən hüquqi arqumentlər və təqdim olunan sübutlar nəticəsində, məhkəmə təqsirləndirilən şəxsin təqsirsiz olduğu qənaətinə gələrək onun cinayət məsuliyyətinə cəlb edilməsinin əsassız olduğu barədə qərar çıxarmışdır.
Bu iş bir daha göstərdi ki, keyfiyyətli müdafiə və peşəkar vəkillik fəaliyyəti insan hüquqlarının təminində mühüm rol oynayır.
Hörmətlə: Bakı şəhəri 20 saylı Vəkil Bürosu