SON DƏQİQƏ

Səbinə Salmanova Sumqayıt şəhər Muğam Mərkəzində növbəti dəfə vətəndaş qəbulu keçirdib-FOTOLAR

Tarix:16-04-2025, 10:57

İctimai-siyasi xadim, Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı Səbinə Salmanova növbəti dəfə Sumqayıt seçicilərini qəbul edib.                       
Səbinə xanim bildirib ki, “Qəbul zamanı seçicilərimin sual və müraciətlərini dinləyib, onları narahat edən məsələlər ətrafında fikir mübadiləsi apardıq.
Qəbula gəlmiş vətəndaşlar əsasən, məhkəmə, məişət problemləri, işlə təminat və digər məsələlərlə bağlı müraciət etdilər. 
Qəbul əsnasında bir sıra məsələləri yerindəcə həll etdik. Eyni zamanda, qaldırılan bir sıra məsələləri nəzarətə götürdük və bəzilərinin həlli istiqamətində isə tövsiyələr verdik.
Seçicilərimə bildirdim ki, onların müraciətlərinin həlli istiqamətində qanunvericiliyin tələblərinə uyğun şəkildə müvafiq addımlar atılacaq.”



 

Yeganə Telmanqızı 
 XeberTıme.az  

 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ