19.04.2025-ci il tarixində "Olimpik star" idman kompleksində Lokal xarakterli antiterror hadisələrində qalibiyyət tarixi yazaraq şəhadətə ucalan gizir şəhid Oleg Cəfərovun qızı Aişənin 2 yaş tədbiri keçirilib.
Tədbir “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin və“XeberTıme.az” İnformasiya Portalının təşkilatçılığı ilə baş tutdu. “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri Qarabağ qazisi Rada Abbas qonaqları salamladı.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edildi, sonra Azərbaycan Dövlət himni səsləndirildi.
Tədbirdə şəhid ailələri, şəhid övladları, Qarabağ qaziləri, “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin üzvüləri və sədri, ziyalılar, media nümayəndələri, müəssə rəhbərləri, bir sıra ictimayyət nümayəndələri, ziyalılar iştirak edirdilər. Tədbir rəsmi və bədii hissədən ibarət idi. Tədbirin qonaqları Aişə Oleg qızına müxtəlif hədiyyələr təqdim etdilər. Dəvət olunan ziyalılar bir-birindən maraqlı çıxışlar etdərək tədbir təşkilatçılarına öz təşəkkürlərini bildirdilər, Aişə Oleg qızını təbrik etdilər.
Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin giziri Cəfərov Oleg Qlıç oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı şəhid olub. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmət ordeni” ilə təltif edilib. Şəhadətindən 7 ay sonra Aişə adlı qızı dünyaya gəlib.
Bizdə “XeberTıme.az” İnformasiya Portalının direktoru Yeganə Telmanqızı başda olmaqla saytın bütün əməkdaşlarının adından və “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri Rada Abbas başda olmaqla İctimai Birliyin bütün üzvüləri qazi xanımları adından Aişə balamızı bir daha ürəkdən təbrik edirik ona sağlıqlı ömür, gözəl günlər arzulayırıq.
“Sufle” Cake Hause tərəfindən Aişə Oleg qızına möhtəşəm tort göndərdiyi üçün “Sufle” Cake Hausenin rəhbəri Nərminə xanıma, bütün kollektivə və masa şirniyyatları üçün Sumqayıt şəhərində fəaliyyət göstərən “Rəqəyya” Şirniyyat öz evinə öz təşəkkürümüzü bildiririk.



















