SON DƏQİQƏ

Tarixi romanlar müəllifi Cəlal Bərgüşad-100-FOTOLAR

Tarix:21-05-2025, 01:10

Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına klubunda  görkəmli yazıçımız, tarixi romanlar müəllifi Calal Bərgüşadın anadan olmasının 100 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir.İctimai siyasi dövlət xadimlərinin, yazıçı və şairlərimizin, Qubadlı rayonunun vətənpərvər  ziyalılarının, veteranlarının,  Yubilyarın doğmalarının, media nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbiri AYB- nin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, 525- ci qəzetin baş redaktoru Rəşad Məcid açaraq qonaqları salamladı və vətənimizin azadlığı və ərazi bütövlüyümüz uğrunda canını fəda etmiş cəmi şəhidlərimizin və 28 il vətən həsrətindən ayrı düşmüş və erməni işğalı nəticəsində doğma yurdlarından məcburi köçkün düşmüş və  köçkünlük həyatında yurd nisgilinə dözməyərək dünyasını dəyişmiş soydaşlarımızın, yurd həsrətli yazıçımız Cəlal Bərgüşadın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rəşad Məcid  tarixi romanlar müəllifi Cəlal Bərgüşadın yaradıcılığından danışdı ,  AYB- nin sədri Anarın adından tədbir iştirakçılarını salamladı və bildirdi ki hələ bu klubda bu qədər insanların yığıldığını çox az görmüşük.
Bu da görkəmli yazıçımıza  olan ehtiramın əlamətidir.
Sonra Rəşad müəllim tədbiri aparmaq ücün tənqidçi, yazıçı Əsəd Cahandirə  sözü vermişdir.
Əsəd Cahangir demişdir; 
Cəlal Novruz oğlu Cavadov 1924- cü  ilin iyun ayının 24 də  qəhrəmanlar və tarixi şəxsiyyətlərin  diyarı olan Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdur.
Orta məktəbi bitirərək 1941-45- ci il müharibəsində iştirak etmiş və ömrünü Televiziya və Radio verilişləri komitəsinə bağlamış, kənd həyatı ilə bağlı maraqlı verilişlərin ,  oçerklərin, esselərin, roman və hekayələrin müəllifi olmuşdur." Yazıçının yazdığı "Boz atın belində, "Sıyrılmış qılınc", "Babək" və digər tarixi romanları kütləvi tirajla dəfələrlə çap olunmuş və müəllifə şöhrət qazandırmışdır.
Cəlal Bərgüşad  əvvəl tanınmış şair Süleyman Rüstəmin bacısı ilə ailə həyatı qurmuş və yoldaşı rəhmətə getdikdən sonra bir müddət fikir düşüncəli yaşamışdır.Cəlal müəllimin tarixi romanlarının sonsuz pərəstişkarı olmuş Sayad xanım 24 yaşında olarkən özündən yaşca böyük olan sevimli yazıçımıza vurulmuş və öz razılığı , təşəbbüsü  və  təkidli tələbi ilə Cəlal müəllimi razı salmış və mehriban ailə həyatı qurmuşlar. Bu izdivacdan Cavanşir adlı  gözəl bir oğul övladları dünyaya gəlmişdir. Yenicə yazdığı Cavanşir romanının üzərində işləyən Cəlal müəllim ömrünün xoşbəxt anlarını yaşayırdı.
Bu xoşbəxtlik anları Cəlal müəllimdə ruh yüksəkliyi yaratmış və ömür- gün yoldaşı ilə dünyanı  gəzib  arxivləri  dolaşmış, əsərlərinin qəhrəmanları haqqında faktlar toplamış və Hindistana səfər edərək Rac Kapurla görülmüşlər. Cəlal Bərgüşad həyat yoldaşı Sayad xanıma bir kitab həsr etmişdir. Çox təəssüflə bildirək ki,  ömür- vəfa qılmadığı üçün yazdığı " Cavanşir " tarixi romanı yarımçıq qalmışdır
Tədbirin aparıcısı tənqidçi, yazıçı Əsəd Cahangir tarixi romanlar müəllifi Cəlal Bərgüşadın sadə dildə yazılmış romanlarının geniş oxucu rəğbəti qazandığını bildirmişdir. Aparıcı Cəlal müəllimin " Bozatın belində" Sıyrılmış qılınc" " Babək" tarixi romanlarından söhbət açmış və vurğulamışdır ki,  görkəmli yazıçımız dünyanı gəzərək xarici ölkələrin arxivlərinin dolaşaraq dəyərli, tarixi məlumatlar toplamışdır.
Bu gün də  Cəlal Bərguşadın vaxtilə yazdığı romanların sevilə- sevilə oxunduğunu  bildirdi.
Əsəd Cahangir  xüsusilə qeyd etdi ki,  Sayad Cavadzadə  özündən 36 yaş böyük olan Calal Bərgüşadla ailə qurmuş , bir oğlu dünyaya gəlmişdir.Oğlu Cavanşirin 7 yaşı olarkən Cəlal müəllim dünyasını dəyişmiş , lakin Sayad xanım yeganə ciyərparasını vətənpərvər ruhda böyütmüş və Cəlal Bırgüşadın əsərlərini tərcümə etdirərək müxtəlif dillərdə çap etdirmişdir.
Tədbir iştirakçıları Cəlal müəllimin vəfalı həyat yoldaşı Sayad xanımı alqışladılar.
Uzun illər Sumqayıt Təhsil şöbəsinə rəhbərlik etmiş yazıçı Ofeliya Bayramova Cəlal Bərgüşadın vətənpərliyindən, yurduna, elinə , torpağına bağlı olduğundan danışdı.
Uzun illər rəhbər vəzifələrdə ləyaqətlə işləmiş və  müstəqillik aktına ilk imza atan deputat olaraq Milli Məclisdə təşəbbüs qaldıraraq Gəncənin , Oğuzun və digər  (Kirovabadl, Vataşen, Qutqaşen, Puşkin) şəhər və rayonlarımızın tarixi adlarına qaytarılmasında xüsusi xidmətləri olmuş, Zəngilan rayonuna rəhbərlik etdiyi dövrdə Nüvədi camaatını ərzaqla təmin edən vətənpərvər ziyalımız Tofiq Mehdiyev dayısı Cəlal  Bərgüşadın  insani keyfiyyətlərindən söhbət açdı və vurğuladı ki,Amerikada yaşayan Cəlal müəllimin oğlu Cavanşir Türkiyədə toy edərək, toyda  yığılan pulu  Azərbaycanın müdafiə fonduna keçirməklə humanist addım atmışdır.
Qubadlı rayon icra hakimiyyətinin başçısının müavini Allahverdi Haqverdiyev icra başçısı Malik İsakovun adından  Sayad xanımı və  iştirakçıları salamladı.
Azərbaycanın xalq yazıçısı  Ramiz Rövşən , yazıçı jurnalist Flora Xəlilzadə , yazıçı Hüseynbala Mirələmov, professor Asif Rüstəmli, AMEA- nın əməkdaşları şair İbrahim Yusifli , Lütfiyyə Əsgərzadə, AMEA -nın  Ədəbiyyat institunun elmi işlər üzrə katibi Aygün Bağırlı, el ağsaqqalı Şirin Qəzyanlı, tədqiqatçı-  jurnalist, filoloq alim İlham Məmmədli, AYB- nin Şərqi Zəngəzur üzrə sədri Namiq Məna 

və başqaları geniş və ətraflı çıxış etdilər.
Bəstəkar- müğənni, musiqiçunas Fəridə Mürşüdova çıxışında bildirdi ki, Sayad xanım ilk dəfə bizə müraciət etdi və bu tədbirin keçirilməsində AMEA- nın əməkdaşı şair  İbrahim Yusifoölunun əməyi böyük olmuşdur. Tanınmış bəstəkar və müğənni Elza Seyidcahan, Cəlal müəllimin ömür- gün yoldaşı Sayad xanıma gül buketi hədiyyə edərək bildirdi ki , ilk dəfə birinci sinifdə oxuyarkən məni televiziyaya dəvət edən sevimli yazıçımız Cəlal Bərgüşad olmuşdur.
" Həkəri" qəzetinin baş redaktoru, şair- publisist Rauf İlyasoğlu  Cəlal Bərgüşadla " Kommunist" ( indiki Xalq qəzetinin) qəzetinin zonalar üzrə xüsusi müxbiri işləmiş şair- jurnalist atası İlyas Allahverdiyevin gənclik  dostluğundan  və son illərə qədər yaradıcılıq əlaqələrindən söhbət açaraq  kövrək xatirələrini söylədi və  tərtibçisi və redaktoru olduğu İlyas müəllimin üç cildlik" Yolda qalan izlər" kitabını Cəlal Bərgüşadın ömür- gün yoldaşı Sayad xanım Cavadzadəyə hədiyyə etmişdir.
Tədbirdə  Zəngilan rayonuna uzun illər rəhbərlik etmiş el ağsaqqalları Əli Quliyev, Eldar Eyvazov , Azərbaycan Texniki  Universitetinin müəllim və professor heyəti , cəngavərlər yurdu sayılan Qubadlının vətənpərvər insanları məclisə xoş ovqat qatdılar.
Cəlal Bərgüşadın " Dünyada nələr gördüm" kitabı Sayad xanım Cavadzadə həsr olunmuşdur.Kitabın ilk səhifəsi Sayad Cavadzadənin sevgilisi Cəlal Bərgüşad həsr etdiyi şeirlə başlayır.
 Cəlal Bərgüşadın ömür  yoldaşı Sayad xanım Cavadzadə 26 il əvvəl dünyasını dəyişmiş   sevgili həyat yoldaşı ilə bağlı  kövrək xatirələrini danışdı, qəhər onu boğdu və göz yaşlarını silərək  tədbir iştirakçılarına , xüsusilə həmişə məsləhət aldığı Tofiq Mehdiyevə , tədbirin təşkilatçılarına , AYB- nin   sədri Anara, AMEA Ədəbiyyat institutunun direktoru akademik İsa Həbibbəyliyə , İbrahim müəllimə  sonsuz təşəkkürümü bildirmişdir.
Tədbir iştirakçıları Yubilyarın ömür gün yoldaşı Sayad xanım Cavadzadənin gül- çiçəyə qərq etdilər  və xatirə şəkli çəkdirdilər. 




Rauf İlyasoğlu,
" Həkəri " qəzetinin baş redaktoru .

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ