SON DƏQİQƏ

Leyla Mətinin "Sevgi mövsümü" adlı şeirlər kitabının təqdimatı keçirilib-FOTOLAR

Tarix:4-06-2025, 00:30

Azərbaycan yazıçılar birliyinin Natəvan klubunda Leyla Mətinin "Sevgi mövsümü" adlı şeirlər kitabının təqdimatı keçirilib.
Tədbirin aparıcısı tanınmış yazıçı- publisist Nəcibə İlkin yazarın yaradıcılıq fəaliyyətindən ətraflı söz açıb.Sonra ardıcıl olaraq tədbirə Türkiyədən qonaq gəlmiş Dünya Sənətçilər Dərnəyi rəhbəri Ramazan Seydaoğlu ,Dünya Ana və Uşaqlar İctimai birliyi rəhbəri Dünyaxanım Əliyeva, Carçı jurnalının təsisçisi Gülnarə Əmirquluyeva , Dəmir Yumruq Alfa Cəmiyyətinin rəhbəri şairə -Ülviyə Əsədova , Türkoloq alim Aytən Qurbanova,  Qafqaz - İberoamerika Düşüncə Mərkəzinin rəhbəri Mahir Qurbanov və bir çox yazarlar,ziyalılar  iştirak ediblər.Sonda xatirə şəkilləri çəkilib.
İştirakçılar şairin şeirlərini oxuyaraq tədbirə rəng qatmaqla yanaşı şeirləri müzakirə ediblər.
Qeyd edək ki , “Sevgi mövsümü” Türkiyədə Liz yayınları tərəfindən nəşr olunmuşdur və şairin sayca 3-cü kitabıdır.
Bizdə “XeberTıme.az” Analitik İnformasiya  Portalı olaraq qələm dostumuz Leyla Mətini ürəkdən təbrik edirik, ona həyatda sağlam ömür və yaradıcılıq uğurları  arzulayırıq. 



 
XeberTıme.az
 
 
 
 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ