3 oktyabr 2025-ci il tarixində “Laləli” Uşaq Bağçasının Babək filialında tanınmış şairə-publisist, AYB-nin, AJB-nin üzvi, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin idarə heyətinin və Qadınlar Şurasının üzvü və DAMM-ın katibı, dəyərli ziyalımız Nəcibə İlkin ilə maarifləndirici və ruhlandırıcı görüş keçirilib.Görüşün əsas məqsədi uşaqlarda ədəbiyyata maraq oyatmaq, milli-mənəvi dəyərlərimizi onlara aşılamaq, vətənə, ailəyə, kitaba və sözə sevgi duyğusunu erkən yaşlarından formalaşdırmaq idi. Bu kimi tədbirlər eyni zamanda uşaqların dünyagörüşünün genişlənməsinə, estetik zövqünün inkişafına, nitq və ifadə qabiliyyətinin möhkəmlənməsinə mühüm töhfə verir.
Tədbirin bədii hissəsində “Laləli” bağçasının balaca fidanları vətənə, ailəyə, anaya həsr olunmuş rəqslər, şeirlər və bir-birindən maraqlı səhnəciklərlə çıxış etdilər. Uşaqların təqdim etdiyi kompozisiyalar tədbirin fəxri qonaqları tərəfindən alqışlarla qarşılandı.
Sonda bağçanın filial rəhbəri Sevinc müəlliməyə və bağçaya şairə-publisist Nəcibə İlkin tərəfindən müəllif kitabları hədiyyə edildi. Bu həm pedaqoji heyət, həm də uşaqlar üçün xüsusi və unudulmaz bir xatirə oldu.
Belə görüşlər uşaqların mənəvi inkişafında dərin iz buraxır və gələcək nəsillərə dəyər aşılayır.
