SON DƏQİQƏ

Rusiyanın iki şəhərindən Bakıya çarter reysləri təşkil olunacaq

Tarix:12-02-2021, 02:41

Rusiyanın "Pegas Fly" aviaşirkəti fevralın 17-dən etibarən Nijni Novqorod şəhərindən Bakıya aviareyslər təşkil edəcək.
XeberTıme.az  bildirir ki, reyslərin martın 24-dək davam etməsi nəzərdə tutulur.
Uçuşlar həftədə bir dəfə, çərşənbə günləri keçiriləcək.
Bundan başqa, martın 4-dən 25-dək Yekaterinburqdan Bakıya çarter reyslərin həyata keçirilməsi planlaşdırılır.

"Uralskie avialinii" aviaşirkətinin uçuşları həftədə bir dəfə, cümə axşamları baş tutacaq.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ