8 Noyabr – Zəfər Günü münasibətilə Sumqayıt şəhərində möhtəşəm hərbi yürüş təşkil olunub.
Tədbir Vətən müharibəsində qazanılan tarixi Qələbənin beşinci ildönümünə həsr edilib.
Yürüş Sumqayıt Dənizkənarı Bulvarı ərazisində baş tutub. Hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçular Zəfər marşları səsləndirərək bulvar boyunca addımlayıblar. Bayraqlar, musiqi və vətənpərvərlik ruhu ilə dolu yürüş Sumqayıt sakinləri tərəfindən böyük coşqu ilə qarşılanıb.



XeberTıme.az