SON DƏQİQƏ

Əkbər Yusifoğlu Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik edib

Tarix:9-11-2025, 12:18

1918-ci ilin 9 noyabrında Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Azərbaycan bayrağının dövlət bayrağı kimi qəbul edilməsi ilə üçrəngli bayrağımız “Bir kərə yüksələn bayraq, bir daha enməz!” sədaları ilə dalğalandı…Ötən ilin bu günü biz xalq olaraq, müqəddəs bayraq altında tarixi günlər yaşayırdıq. Azərbaycan əsgəri tarixi torpaqlarımızı geri qaytarır, Şuşanın azad olunması isə yüzillərdir arzusunda olduğumuz qələbəmizin yaxında olacağını göstərirdi.Mən bir hüquqşünas kimi, “Qanun və İcra” proqramının aparıçısı olaraq, ərazilərimizin bütövlüyümüzün bərpa olunması üçün hər zaman xalqımızın və dövlətimizin yanında oldum, olacağam da. Bu gün qürurluyuq bayrağımız işğaldan azad olunan torpaqlarımızda dalğalanır.
Dövlət Bayraq Günü münasibətilə xalqımızı, dövlətimizi  təbrik edir, üçrəngli bayrağımızın İravanda, Zəngəzurda  dalğalanmasını diləyirəm. O günlər uzaq deyil!
 Yaşasın Azərbaycan!

Bayraq bayramınız mübarək!

Hörmətlə:                                                          
Əkbər Yusifoğlu                                                                 

Tanınmış hüquqşünas

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ