Sumqayıt şəhərindən Bakıya 500 nömrəli avtobus marşrutu təşkil edilib
XeberTıme.az AYNA Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin facebook səhifəsinə istinadən xəbər verir ki, Sumqayıt şəhərindən paytaxta 500 nömrəli müntəzəm avtobus marşrutu təşkil edilib.
Marşrut xətti paytaxta olan sərnişin tələbatını qarşılamaq və vətəndaşların “20 Yanvar” stansiyasına daha rahat şəkildə çatmasını təmin edəcək.
Marşrut üzrə 20 ədəd 18 metr uzunluğunda, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz edilən böyüktutumlu avtobus sərnişinlərə xidmət göstərəcək.
Fəaliyyətə başladığı tarix: 12 noyabr
Başlanğıc dayanacaq: Sumqayıt, Zülfü Hacıyev küçəsi (Heydər Əliyev parkı)
İstiqamət (Sumqayıt):
• Nəriman Nərimanov küçəsi
• Sülh prospekti
• Ceyranbatan qəsəbəsi
Son dayanacaq:
Bakı, Seyid Cəfər Pişəvari küçəsi
Avtobuslar saat 05:45-dən 23:00-dək fəaliyyət göstərəcək.
XeberTıme.az