SON DƏQİQƏ

Səkinə xanım 50 illik yubileyiniz mübarək!-FOTOLAR

Tarix:15-11-2025, 16:28

Sumqayıt şəhərində Qarabağ qazisi, şəhid bacısı Səkinə Hətəmova Tumasın yubiley gecəsi kecirilib. Gecədə Qarabağ qaziləri, şəhid ailə üzvüləri, bir sıra media nümayəndələri, yazarlar, şairələr, Səkinə xanımın ailə üzvüləri və doğmaları iştirak ediblər.                           Yubiley gecəsində Azərbaycanın haqq savaşında canından keçən vətən övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət himnin səslənməsi ilə açıq elan olunub. Gələn qonaqlar Qarabağ torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirən qazimiz Səkinə xanımı təbrik etdilər və Qarabağ uğrunda gedən müharibədən, qazanılan qələbədən danışdılar.  Qətiyyətli Lider, Müzəffər Ordu və yenilməz xalq birliyinin tarixi qələbəsindən, 1988-ci ildən bu günə qədər gələn şərəfli və çətin yoldan, qalib xalq olaraq hər bir xalqa özümüzün gücünü sübut etməyimizdən qürurlanaq söhbət açıldı. 

                    

“Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri Rada Abbas, jurnalist, yazıçı-publisist AJB, AYB, AAB-nin üzvü Aygün Hacıyeva Səkinə xanıma təbrik planketi və təbrik tablaso təqdim etdilər.    

                               

Yubiley tədbiri şən rəqslərlə davam etdi. Sonda Sumqayıt şəhərində fəaliyyət göstərən “İstanbul” un məmulatları tərəfindən göndəriən tort kəsildi, xatirə şəkillər çəkildi. 




Xatırladaq ki, Səkinə Hətəmova Tumas “ATA YURDUM” Böyük Qayıdışa Sosial Dəstək İctimai Birliyiin sədridir, “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin üzvüdür, qardaşı Şəmsi Hətəmov Qarabağ uğrunda gedən döyüşlərdə itkin düşmüş şəhiddir, əslən Cəbrayıl rayonunun Dağ Tumas kəndindəndir. Səkinə Hətəmova Tumas 1992-1996-cı illərdə Qarabağ savaşında tibb bacısı kimi çox əsgərin həyatını xilas etmişdir və döyüşlərin birində yaralanmışdır.


                                        

Yubiley gecəsinin təşkilatçısı “AyNur Academy”asının rəhbəri, pedaqoq Aynurə Abdullayeva idi. 

                                           

Bizdə “XeberTıme.az” İnformasiya Portalı olaraq Qarabağ qazisi, əzizimiz Səkinə Hətəmova Tuması doğum günü münasibəti ilə ürəkdən təbrik edirik, ona möhkəm can sağlığı, işlərində bol-bol uğurlar arzulayırıq. 
 


Torta görə hər kəsin ağız dadı olan “İstanbul” un məmulatlarınatəşəkkür edirik.  Ünvan: 26-cı məhəllə (“Delux Holl” şadlıq evinin yanı), əlaqə tel: 055-430-32-37. 
 

Yeganə Telmanqızı 
XeberTıme.az 
 


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ