SON DƏQİQƏ

“Qanun və İcra” proqramı tanınmış hüquqşünas Əkbər Yusifoğlunun təqdimatında- FOTOLAR+VIDEO

Tarix:19-11-2025, 10:48

“Qanun və İcra” proqramı hər həftənin çərşənbə axşamı saat 12:00-dan 13:00-dək ARB TV-nin efirində canlı nümayış olunur.  
Əziz oxucular və tamaşaçılar “Qanun və İcra” verlişi 11-ci mövsümə start götürdü. 
18.11.2025-ci il tarixində efirə gedən “Qanun və İcra” verlişində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 646-648 və 421-424-ci maddələri ”Alqı-satqı müqaviləsi, müqavilələrin dəyişdirilməsi və ləğv olunması” mövzusu qarşılıqlı izahları, fikir mübadiləsi eləcədə, məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparıldı. 
Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlandı, sonda isə verlişin qaynar xəttinə və sosial şəbəkələrinə ünvanlanmış suallar cavablandırıldı. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların  qaynar xəttimizə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişə ekspertlər dəvət etmişdik:  

1. Tahir Rzayev-Millət vəkili
 

2. İlhamə Həsənova- Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, 20 saylı vəkil  bürosunun və 2 saylı mediasiya təşkilatının rəhbəri, Tərəqqi medalçısı.

 
3. Mirzə Xankişiyev- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.                                     
                                                                                    

4. Pürzə Əliyeva- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.                                      
 

Verlişin informasiya dəstəyi XeberTıme.az sayıtına məxsusdur. 


                                         
 Sizlərə sayıtımız vasitəsi ilə verlişin tam videosunu təqdim edirik.   



 
Yeganə Telmanqızı 
 XeberTıme.az    
 

  
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ