22 noyabr 2025-ci il tarixində “Zəka və Texnologiya Qovşağı” – Müəllimlər üçün Olimpiada + AI (Süni İntellekt) I Qurultayı uğurla keçirildi!
Fana Academy və Müasir İnnovasiyalar Liseyinin təşkilatçılığı ilə baş tutan tədbirdə müəllimlər üçün həm İntellekt Olimpiadaları, həm də Süni İntellekt bacarıqlarının tədrisdə tətbiqi barədə yüksək səviyyəli müzakirələr aparıldı.
Fəxri qonaqlarımız: Milli Məclisin deputatları Ceyhun Məmmədov,Müşfiq Məmmədli, MiL Liseyin direktoru Sevinc Əliyeva, təhsil ekspertləri Camal Kərimov, Zülfiyyə Vəliyeva, Emrah Həsənli, Aynurə Abdullayeva, idarəetmə üzrə ekspert Tariyel Mustafayev və digər dəyərli şəxslər tədbirə öz xüsusi töhfələrini verdilər.
Spikerlərimiz:
Faiq Əliyev – Yaponiya məntiqinin tədrisi və olimpiada strategiyaları, Yaponiya səfirliyinin Olimpiadalara verdiyi tövhə
Bəhman Qudsi – Fənlərin tədrisində Süni İntellektin rolu
Basil Almobarak – Qlobal iqtisadi təhlildə nəzarətin AI vasitəsilə optimallaşdırılması, ƏKOB və ƏBOB un İbtidai təhsildə yeri Qorxmaz Əliyev – Şagirdlərin olimpiadalarda medal qazanması üçün effektiv üsullar Leyla Cabbarova – Olimpiadaçı şagirdlərə tədris dövründə emosional və yaradıcı potensialının inkişafı Nurəli Mirzəyev – Təhsildə Süni İntellekt alətləri və müəllim üçün effektivlik artırma yolları
Təlimin məqsədi:
Müəllimlərə yeni nəsil tədris metodlarını, AI əsaslı yanaşmaları, olimpiada hazırlığı strategiyalarını və şagirdlərin potensialını artıran tətbiqləri öyrətmək.
Təlimin sonunda iştirakçılara rəsmi sertifikatlar təqdim olundu.
Bu gün Azərbaycan təhsilində innovasiya, texnologiya və elmin bir araya gəldiyi mühüm gündür.
Gələcəyin təhsili müəllimlərdən başlayır! 






















Aynurə Abdullayeva
Pedaqoq, "Müəllimlərə Dəstək" İctimai birliyinin rəhbəri