SON DƏQİQƏ

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirildi- FOTO

Tarix:12-12-2025, 11:41

10 dekabr 2025-ci il tarixində Əzim Əzimzadənin Mənzil Muzeyində, Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar, muzeyin, Cəfər Cabbarlı Mənzil-Muzeyinin  birgə təşkilatçılığı ilə anım tədbiri keçirildi.Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nigar xanım Məmmədova, Müasir innovasiyalar litseyin direktoru Sevinc Vaqif qizi, müasir innovasiyalar litseyinin  pedaqoqu Surə İbrahimova, C. Cabbarlı ev muzeyinin direktoru Qəmər Seyfəddin qizi, Ordubadi muzeyinin  rəhbəri Rasimə Əhmədova, Sübhnur TM rəhbəri Gülnarə Hüseynova  və digər dəyərli qonaqlar Ulu Öndərin zəngin həyat yolu və çoxşaxəli siyasi fəaliyyətindən bəhs edən çıxışlarla yadda qaldılar.
Tədbir çərçivəsində Dünya məktəbinin və  Müasir İnnovasiyalar Litseyinin  təsviri incəsənət  müəllimi  Surə İbrahimovanın   şagirdləri tərəfindən hazırlanmış rəsm əsərləri nümayiş olundu. Əsərlərdə Ulu Öndər Heydər Əliyevin irsi, Şuşa və Qarabağda qələbəmizin simvolu olan üçrəngli bayraq, qəhrəman əsgərlərin obrazları, eləcə də Zəfərimizin rəmzi “Xarı bülbül” motivləri əks olunmuşdu.
Mərkəzin metodisti sərgidə təqdim olunan əl işləri və muzeyin eksponatları barədə millət vəkilinə, şagirdlərə və digər qonaqlara ətraflı məlumat verdi.
Tədbir bədii proqramla davam etdi. Sonda bütün iştirakçılar muzey rəhbərliyi və təşkilatçılar tərəfindən təşəkkürnamə ilə təltif olundular.



 


XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ