SON DƏQİQƏ

Baş nazirdən Bəylər Eyyubovla bağlı QƏRAR

Tarix:19-12-2025, 01:59

Nazirlər Kabineti "Aeroportlarda (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan vəzifəli şəxslərinin Siyahısı"nın təsdiq edilməsi haqqında 29 oktyabr 2021-ci il tarixli qərarında dəyişiklik edib.
XeberTıme.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Siyahıya Prezidentin Katibliyinin rəisi və onun müavini əlavə olunub.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi Bəylər Eyyubovdur.

XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ